Ru
23:33 / 18 Noyabr 2026

Bekhem ətirlərinin yanacaqdoldurma məntəqələrində satılmasına qadağa qoydu

Bekhem  ətirlərinin yanacaqdoldurma məntəqələrində satılmasına qadağa qoydu
Eye

Devid Bekhem kosmetika şirkətinə qarşı məhkəmə iddiası qaldırıb.

"Bakupost" xəbər verir ki. O, öz adına olan ətirlərin yanacaqdoldurma məntəqələrində və endirimli outlet mağazalarda satıldığı üçün 41 milyon dollarlıq məhkəmə iddiası qaldırıb.

Devid Bekhemə məxsus "DB Ventures" şirkəti, Nyu-York Ali Məhkəməsində Almaniyanın "Coty" kosmetika qrupuna qarşı iddia qaldırıb. "Coty" şirkəti Bekhem brendi altında ətirlər və kosmetik məhsullar – xüsusilə "Classic" və "Instinct" ətir xətləri, eləcə də "Intimately" və "Exquisite Leather" tualet suyu kolleksiyaları istehsal edir.
İddia sənədində Bekhemin adı "mükəmməllik və zərifliklə sinonim", onun brendi altında buraxılan məhsullar isə "gündəlik dəbdəbənin simvolu" kimi təsvir edilir.

İddiada deyilir: "Devid Bekhem məhsullarının yanacaqdoldurma məntəqəsində satıldığını aşkar edən 'DB Ventures'in keçirdiyi şoku və qəzəbi təsəvvür edin. Bu necə baş verə bilərdi? Ümidsizlik və xəsislik ucbatından".

"DB Ventures"in vəkilləri bildirirlər ki, Bekhem brendli məhsulların yanacaqdoldurma məntəqələrindəki endirim rəflərində və ya Britaniyanın "Poundland" kimi endirimli məhsullar satan mağazalarında peyda olması qəbuledilməzdir. Çünki bu, Devid Bekhem brendinin ucuz, endirimli mallarla eyniləşdirilməsi riskini yaradır.

Aygün Musayeva

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar