Ru
22:20 / 18 Noyabr 2026

Putinlə Trampın görüşü qısa olacaq - Kreml

Putinlə Trampın görüşü qısa olacaq - Kreml
Eye

Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında keçiriləcək görüş uzun çəkməyəcək.


"Bakupost" xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

“Qısa söhbət edəcəklər. Görüşün nə qədər davam edəcəyi ilə bağlı təxmin yürütməyə ehtiyac yoxdur. Sabah hər şeyi açıqlayacağıq”, – deyə Peskov bildirib.

İki ölkə lideri arasında tam formatlı görüşün keçirilməsinin mümkün olub-olmadığı barədə suala cavabında isə o, vaxt çatışmazlığı səbəbindən hələlik belə bir görüşün təşkilinin mümkün olmadığını söyləyib.

Qeyd edək ki, bu gün Tramp, Putin və Szinpin arasında ayaqüstü görüş olub.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar