Ru
10:17 / 06 İyun 2024

“Bolluğ”un obyekti fəaliyyətini dayandırdı - VİDEO

1494
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

FHN-dən Bakupost.az -a bildirilib ki, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Abşeron rayonu, Bakı-Sumqayıt şossesi, 13-cü kilometr ünvanında yerləşən “Bolluq LTD” MMC-yə məxsus istehsalat sahəsində yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki:

- obyektin mətbəx sahəsində çəkilmiş qaz xəttində yivli birləşmələrdən istifadə olunub;

- anbar sahələrində rəflərin ara məsafələri yanğınların söndürülməsinə və ya malların hadisə zamanı köçürülməsinə maneə törədəcək əşyalarla tutulub;

- obyektin bəzi sahələri yanğınxəbərverici siqnalizasiya qurğusu və ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmayıb;

- anbar tikililərindən birindən həm anbar, həm də istehsal sahəsi kimi istifadə olunub;

- obyektin anbar sahəsində tezalışan materiallardan ibarət otaq quraşdırılıb;

- istehsalat sahəsində quraşdırılmış taxta konstruksiyalar odadavamlı məhlulla hopdurulmayıb;

- anbar və istehsalat sahələrinin bəzi çıxış qapılarının qarşısı əşyalarla tutulub;

- obyektin ərazisində elektrik transformatorunun ətrafı tezalışan yanar materiallardan təmizlənməyib;

- elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb;

- obyektin istehsalat və anbar sahələrində daxili yanğın su kranları tam quraşdırılmayıb.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Abşeron rayonu, Bakı-Sumqayıt şossesi, 13-cü km ünvanında yerləşən “Bolluq LTD” MMC-yə məxsus istehsalat sahəsinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər