Ru
20:34 / 24 Yanvar 2023

"Bolt" sürücüsü tanınmış jurnalisti təhdid etdi

"Bolt" sürücüsü tanınmış jurnalisti təhdid etdi
Eye

"Qapını açanda arxadan gələn avtobus qapıya çırpıldı... Bir neçə saniyə gec gəlsə, qarşısında qapı yox, mən olacaqdım".

Bakupost.az xəbər verir ki, bunu tanınmış teleaparıcı Vüsalə Məmmədova özünün sosial şəbəkə hesabında paylaşıb.

Aparıcının sözlərinə görə, "Bolt" sərnişindaşıma şirkətinin sürücüsü həm ehtiyatsız davranıb, həm də onu təhdid edib:

“Şirkətin qarşısında saxlamağa yer ola-ola taksi "arxadan maşın gəlir, saxlaya bilmərəm" deyib, irəli sürdü. Dayanacağa yaxın yerdə, ikinci zolaqda saxladı və "o qapı içəridən açılmır, sol qapıdan düşün" dedi... İki dəfə yoxladım, həqiqətən qapı açılmırdı, məcbur qalıb sürücünün arxasındakı qapıya tərəf keçdim. Yaşadığım stress bir yana, indi sürücü zəng edib ki, "bu işi neyləyək?". “Bolt”da qeydiyyatdan keçdiyi avtomobillə gəlməyib, qapısı xarab, sol qapıdan düşməyi deyir və saxlayanda arxadan gələn maşını görə-görə, düşəndə arxadan gələn avtobusu görmür, xəbərdarlıq eləmir... Mənə də deyir səninlə başqa yerdə danışacam”, - deyə aparıcı bildirib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar