Ru
00:00 / 05 Avqust 2022

Britaniya mətbuatı Azərbaycan səfirliyinə hücum edənlərin kimliyini AÇIQLADI

3568
Azərbaycanın Britaniyadakı səfirliyini ələ keçirənlər "The Mahdi Servants Union" adlı radikal dini qruplaşmanın üzvləridir.


Bakupost.az bildirir ki, bu barədə Londonun "Metro" nəşri yazıb.


Xəbərə görə, bu, Londonda yerləşən şiə müsəlman təşkilatıdır və öz internet saytlarında “sivilizasiya hökmranlığı” qurmaq istədiklərini bildiriblər.


Qruplaşmanın lideri Yasir Əl-Həbibdir: "Sosial şəbəkələrdə yayılan görüntülərdə qruplaşma üzvləri Azərbaycanın Kensinqtondakı səfirliyinin eyvanından öz bayraqlarını dalğalandırıb, divara ərəbcə şüarlar vurub və Azərbaycan bayrağını endiriblər".


Yasir Əl-Həbib mübahisəli bir din xadimidir. Onun “Cənnət xanımı” filmi islam tarixinin şərhinə görə bəzi sünni müsəlmanların etirazlarından sonra bu ilin əvvəlində prokatdan yığışdırılıb.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər