Ru
16:37 / 06 Mart 2023

"Bütöv Azərbaycan yaranacaq” - Ramiz Qusarçaylı-VİDEO

"Bütöv Azərbaycan yaranacaq” -  Ramiz Qusarçaylı-VİDEO
Eye

Azərbaycan Yazıçılar Birliyi Quba bölməsinin sədri, şair-publisist Ramiz Qusarçaylı Qadqaz Televiziyasında yayımlanan “Sözümün canı” verilişində qonaq olub.


Bakupost.az xəbər verir ki, o, buraxılışda bütöv Azərbaycanın yaranacağı ilə bağlı maraqlı fikirlər səsləndirib.


Onun ifadələri izləyicilər və sosial media istifadəçiləri tərəfindən maraqla qarşılanıb:

“2003-cü ildə yazdığım “Azərbaycan bayrağı” şeirində belə bir misra var: Sən Arazın, Samurun umuduna bələndin. 5 il sual verdilər ki, Samurun orada nə işi var. Mən 5 il onlara izah etməyə çalışdım ki, necə Araz Təbrizi ayırırsa, Samur da Dərbəndi məndən ayırır. Əgər Təbriz mənimdirsə, Dərbənd niyə mənim deyil? Bu gün dünyada gedən proseslər, Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərq, Cənubi Afrikada olan məsələlər haqqında artıq hammız bilirik. Danışmağa ehtiyac yoxdur. Bunların fövqündə əminəm ki, bütöv Azərbaycan yaranacaq”.

Daha ətraflı videoda:




Aynur
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar