Ru
13:35 / 02 May 2025

Universitetdə işləmək istəyənlərin nəzərinə! - Çoxlu vakansiya var

Universitetdə işləmək istəyənlərin nəzərinə! -  Çoxlu vakansiya var
Eye

Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) bir sıra vəzifələrə işçi axtarır.

Bakuposst xəbər verir ki, Universitetdən verilən məlumata görə, aşağıdakı kafedralar üzrə vakant professor-müəllim vəzifələrini tutmaq üçün müsabiqə elan edilib.

– Azərbaycan tarixi kafedrası;
– Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi texnologiyası kafedrası;
– fəlsəfə və sosial elmlər kafedrası;
– ümumi pedaqogika kafedrası;
– xarici dillər mərkəzi (ingilis, rus və fransız dilləri üzrə);
– riyaziyyat və onun tədrisi texnologiyası kafedrası;
– kompüter elmləri kafedrası;
– cəbr və həndəsə kafedrası;
– məktəbəqədər təhsilin pedaqogikası kafedrası;
– pedaqoji psixologiya kafedrası;
– ümumi psixologiya kafedrası;
– xüsusi təhsil kafedrası;
– ibtidai təhsilin pedaqogikası kafedrası;
– riyaziyyatın ibtidai kursunun tədrisi texnologiyası kafedrası;
– fizikanın tədrisi texnologiyası kafedrası;
– əməyin texnologiyası kafedrası;
– musiqi və onun tədrisi texnologiyası kafedrası;
– təsviri incəsənət və onun tədrisi texnologiyası kafedrası;
– fiziki tərbiyə və çağrışaqədər hazırlığın tədrisi texnologiyası kafedrası;
– təhsil menecmenti kafedrası;
– STEAM mərkəzi.

Müsabiqədə elmi-pedaqoli və ya istehsalat təcrübəsinə, müvafiq elmi ad və dərəcələrə malik olan şəxslər iştirak edə bilərlər. Müraciət edən namizədlərdən aşağıdakılar tələb olunur:
– kompüterdən (office proqramları – word, excel, power point, microsoft teams və s.) istifadə bacarığı;
– tədrisin onlayn formada təşkili üzrə bacarıqlar;
– Azərbaycan, rus və ingilis dillərində tədris bacarığı;
– yüksək peşə-ixtisas və mənəvi keyfiyyətlər.

Sənədlər bu gündən başlayaraq 30 gün müddətində saat 9:00-dan 17:00-dək ADPU-nun insan resursları və kargüzarlıq şöbəsində qəbul edilir.

Əlaqə telefonu: (012) 498-08-16

Ünvan- AZ-1000 Bakı şəhəri, Ü.Hacıbəyli küçəsi 68.
E-poçt: [email protected]

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar