Ru
18:00 / 02 May 2025

"Netanyahunun səfərindən böyük gözləntilərim var" - Sərdar Cəlaloğlu

"Netanyahunun səfərindən böyük gözləntilərim var" - Sərdar Cəlaloğlu
Eye

"Netanyahunun Azərbaycana gəlməsi çox nadir və əhəmiyyətli bir hadisədir. Ümumiyyətlə, İsrailin yüksək rütbəli məmurlarının Azərbaycana səfəri nadir hallarda mümkün olub. Mən bu səfəri çox yüksək qiymətləndirirəm".

Bunu Bakupost.az -a ADP Sərdar Cəlaloğlu İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana gözlənilən səfəri haqda bildirib.

O qeyd edib ki, bu səfər İsrail-Azərbaycan əlaqələrinin inkişafında nə qədər önəmli rol oynayacaqsa, İran-İsrail və Türkiyə münasibətlərinin yoluna qoyulmasında da bir o qədər rol oynaya bilər:

"Bu səfərdən çox böyük gözləntilərim var".

Partiya sədrinin fikrincə, səfər yalnız ikitərəfli münasibətlərin deyil, Yaxın Şərqdə də münasibətlərin tənzimlənməsində rol oyanayacaq:

“Hər halda, bu, xeyirli və sərfəli bir səfərdir. Yaxın Şərqdə destabilizasiyanın aradan qaldırılması, uzun müddət davam edən ərəb-yəhudi düşmənçiliyinin ləğv edilməsi və bu bölgədə yaşayan xalqların dinc və firavan yaşaması, yəni ümumi inkişafı, İsrailin ərəb və İslam dünyası ilə münasibətlərinin yoluna qoyulmasında bu səfərin müstəsna əhəmiyyəti var”.

Lalə Novruz,
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar