Hansı bank etibarlıdır? - SORĞU
Ru
15:38 / 29 Noyabr 2024

Cəlil Cavanşir Sivva ilə klipə çəkildi - VİDEO

2982
Sevilən mahnıların müəllifi və ifaçısı, Sivva səhnə adı ilə tanınan bəstəkar və müğənni Sevinc Ağasıyeva istedadlı şair, yazıçı və tərcüməçi Cəlil Cavanşirlə növbəti iş birliyini təqdim edib.

Bakupost.az xəbər verir ki, şair tərəfindən qələmə alınan “Nə isə olur beləş şeylər” şeirinə eyni adlı mahnı bəstələnib və klip lentə alınıb. Ekran işində şairin elə özü də rol alıb.

“Mənim Cəlil Cavanşirə çox böyük hörmətim var. Artıq neçənci şeirlərinə mahnı bəstələyirəm. Biz düşündük ki, klipdə elə özü çəkilsin. Təklifimizi qəbul etdi. Düşünürəm yaxşı və keyfiyyətli iş alınıb. Xoş izləmələr", – deyə Sivva bildirib.
Cəlil Cavanşir isə şeirin kimə həsr olunduğunu unutduğunu bildirib: “Əsas şeirin bu gün də xatırlanmağıdır. (Gülür). Bu şeirin maraqlı taleyi var. Mən çox şadam ki, Sivvayla artıq ikinci layihəmizdir. Bundan əvvəl mənim “Keçmiş sevgilim” adlı şeirimə Sivva tərəfindən yazılan musiqi kifayət qədər maraqlı qarşılandı və sevildi. İnanırıq ki “Nə isə” də belə olacaq.

Qeyd edək ki, “Nə isə” adlı klipdə çəkilişlər fərqli məkanlarda baş tutduğu üçün müğənni ilə şair üz-üzə gəlməyiblər. Klipin sonunda Cəlil Cavanşirin halı pisləşir və ona təcilir yardım gəlir. Əslində necə olduğunu bilmək üçün klipi izləyin.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar