Nepalda baş verən güclü daşqın və torpaq sürüşməsi nəticəsində həlak olanların sayı 150 nəfəri ötüb.
"Bakupost" xəbər verir ki, Nepalın Turizm İdarəsinin məlumatında itkin düşən turistlər arasında Hindistandan 100, ABŞ-dan 54, Böyük Britaniyadan 33 və Nepalın özündən 100-dən çox şəxs olduğu bildirilir.
***
17:22
Çin-Nepal sərhədində güclü sel və palçıq axını baş verib.
"Bakupost" xarici KİV-ə istinadla xəbər verir ki, hadisə Gironq sərhəd-keçid məntəqəsində qeydə alınıb.
Belə ki, Bhote Koshi çayı daşaraq kəndləri, yolları, körpüləri və infrastrukturu yuyub aparıb.
İlkin məlumatlara görə, təbii fəlakət nəticəsində ən azı 8-16 nəfər həyatını itirib. Təxminən 384 səyyahın itkin düşdüyü bildirilir. Onlardan 291-i xarici turist, 93-ü isə Nepal vətəndaşıdır.
Polis, silahlı polis, hərbçilər və gömrük işçiləri də itkin siyahısındadır.
Onlarla nəfər xilas edilib. Hazırda ərazidə axtarış-xilasetmə işləri davam edir.
Bakupost