Ru
18:26 / 20 May 2025

Çin üç növ xərçəngə qarşı yeni dərman HAZIRLADI

Çin üç növ xərçəngə qarşı yeni dərman HAZIRLADI
Eye

Honq-Konq Çin Universitetinin alimləri KRAS-G12C mutasiyası ilə qeyri-kiçik hüceyrəli ağciyər xərçəngi, kolorektal xərçəng və mədəaltı vəzi şişlərinin müalicəsi üçün nəzərdə tutulmuş yeni D3S-001-in preparatının klinik sınaqlarının birinci mərhələsini başa çatdırıblar.

Bakupost.az xəbər verir ki, bu barədə South China Morning Post (SCMP) məlumat yayıb.

D3S-001, əvvəllər müalicəsi çətin hesab edilən mutant KRAS-G12C zülalının aktiv formasını bloklayan yeni nəsil inhibitordur. Tədqiqatçı professor Herbert Lunqun sözlərinə görə, preparat mutasiyanın aktivliyini mövcud analoqlardan daha uzun müddətə yatıra bilir.

Yeni preparat artıq 62 xəstə üzərində sınaqdan keçirilib. Onlardan 42-si əvvəllər KRAS-a hədəflənən preparatların təsirinə məruz qalmayıb. Bu qrupda elm adamları subyektlərin 70%-də şişin azaldığıı və ya yox olduğunu, 97% -də isə xəstəliyin inkişafının dayandığını müşahidə ediblər. Ancaq digər KRAS inhibitorları ilə müalicə olunan xəstələrdə effektivlik aşağı olub: 30% yaxşılaşma, 80% isə xəstəliyin stabil inkişafı qeydə alıınb.

Komanda indi daha böyük ikinci mərhələ sınağına hazırlaşır. Tədqiqatçıların fikrincə, D3S-001 KRAS-müsbət şişlər üçün mövcud müalicələrə perspektivli alternativ ola bilər.

Zaur, BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar