Moskva məhkəməsi “Crocus” terror aktı ilə bağlı işdə iştirak edən 9-cu şəxsi həbs edib.
Bakupost.az Rusiya KİV-ə istinadən xəbər verir ki, məhkəmə Crocus City Hall-da baş verən terror aktı ilə bağlı iş üzrə 9-cu təqsirləndirilən Lütfüllo Nəzrimad barəsində iki ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edib.
Qeyd edək ki, məhkəmə zamanı Lütfüllo Nəzrimadın da Tacikistan vətəndaşı olduğu məlum olub.