Danimarkada ilk dəfə olaraq qadınlar əsgər gedəcək.
Bakupost.az xəbər verir ki, bu barədə Baş nazir Metter Frederiksen bildirib.
O, deyib ki, hökumət "cinslər arasında tam bərabərliyi" təmin etməyə çalışır.
Müdafiə naziri Troels Lund Poulsen isə qeyd edib: "Tam gender bərabərliyi də daxil olmaqla, daha güclü hərbi çağırış müdafiə problemlərinin həllinə, milli səfərbərliyə və silahlı qüvvələrimizin şəxsi heyətinə töhfə verməlidir”.
Qeyd edək ki, hazırda Danimarkada qadınlar könüllü olaraq orduya qatıla bilir.
Elnur
BakuPost