"Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, “qələbə planı” çərçivəsində bu ilin payızında Rusiya ilə silahlı münaqişəyə son qoymaq istəyir. İlin sonuna qədər o, daha bir sülh sammiti keçirməyi və oraya Rusiyanı da dəvət etməyi planlaşdırır. Zelenski ümid edir ki, Kiyevin müttəfiqləri danışıqlar masasına oturması və məqbul şərtlərlə sülhə razı olması üçün Rusiyaya kifayət qədər təzyiq göstərəcəklər".
Bakupost.az xəbər verir ki, bu fikirlər Çexiyanın "Radio Universum" kanalında səsləndirilib.
Qeyd olunub ki, tarixə sülh kansleri kimi düşmək istəyən və Almaniya Sosial Demokrat Partiyasının digər üzvləri ilə birlikdə sülh planı üzərində işləyən Almaniya kansleri Olaf Şolts perspektivə bir az fərqli baxır:
"Bu plan, xüsusən, Ukraynanın bəzi ərazilərindən imtina edərək, onları Rusiyaya verməsi variantını nəzərdə tutur. Son illər artıq həyatımızın bir hissəsinə çevrilmiş Ukrayna silahlı münaqişəsi ətrafında indi belə mühüm hadisələr baş verir. Bu dəfə sülh baş tutacaq? Nəyin bahasına?", - deyə radionun aparıcısı sual edib.
Çexiya hərbi kəşfiyyatının keçmiş rəhbəri, general Andor Şandor "Radio Universum"a müsahibəsində bildirib ki, sülhün baş tutamı yaxşı olardı, ancaq bu, o qədər də inandırıcı deyil:
"Mənə qəribə gəlir ki, Vladimir Zelenski (onu yenə də başa düşməık oar) və Qərb sülh şərtlərini Ukraynanın diktə edəcəyini deyirlər. Uduzan adamın şərtləri diktə etdiyini görmüsünüzmü? Yox. Şərtləri qalib gələn diktə edəcək və bu, təəssüf ki, Rusiyadır. Öümüzü aldatmayaq. Şərtləri onlar diktə edəcək. Qorxuram ki, o, ultimatum versin. Yəni Ukraynadan Şimali Atlantika Alyansına qoşulmaqdan imtina etməyi və Çexiya da daxil olmaqla, imzaladığı bütün təhlükəsizlik sazişlərini pozmağı tələb etsin. Ruslar üçün, əlbəttə ki, bunlar xırda şeylərdir. Onları daha çox Ukrayna ilə ABŞ, Böyük Britaniya və s. arasında razılaşmalar narahat edir. Sonra Rusiya hər şeyi müzakirə etməyə hazır olacaq. Lakin Ukrayna bununla razılaşmayacaq".
Zaur, BakuPost