Ru
14:32 / 13 May 2024

Demarkasiya prosesi dayandırılmayıb - Erməni deputat

1634
Tavuşda demarkasiya prosesi dayandırılmayıb.

Bakupost.az news.az-a istinadla xəbər verir ki, bunu mayın 13-də parlamentdə jurnalistlərlə söhbətində hakim “Mülki müqavilə” partiyasından olan deputat Vahe Qalumyan deyib.

“Əgər Kirantsada Xeyrimli-red.) üç problemli ərazidən söhbət gedirsə, sakinlərin təqdim etdiyi mülkiyyət şəhadətnamələrini müqayisə etmək üçün proses bir müddət dondurulub. Onlar sərhəd-keçid məntəqələrində quraşdırılan postlarla müqayisə edilməlidir. Söhbət neçə mülkiyyət şəhadətnaməsindən gedir, bilmirəm. İrəvandakı iki qonşunun kadastr sənədlərini müqayisə etsəniz, sapmalar mümkündür. Sərhəddə də oxşar yayınmalar mümkündür. Sərhəd xəttində yerləşmə 100-120 metrə qədər olan məsafəni əks etdirir”, - Qalumyan bildirib.

Deputat eyni zamanda qeyd edib ki, demarkasiya prosesinin hansı ilin xəritəsi əsasında aparıldığını bilmir.

Zaur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər