Ru
11:02 / 04 Mart 2022

Deputatlar 11 məsələ üçün toplaşdı

Deputatlar 11 məsələ üçün toplaşdı
Eye

Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası başlayıb.


Bakupost.az xəbər verir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə 11 məsələ daxil edilib.


Bunlar aşağıdakılardır:

1. Azərbaycan İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsi haqqında.

2. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanununa dəyişiklik layihəsi (üçüncü oxunuş).

3. “Tibbi sığorta haqqında” qanuna dəyişiklik layihəsi (üçüncü oxunuş).

4. “Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihəsi (üçüncü oxunuş).

5. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş).

6. Azərbaycan Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında qanuna dəyişiklik layihəsi (üçüncü oxunuş).

7. “Qida təhlükəsizliyi haqqında” qanun layihəsi (birinci oxunuş).

8. “Lisenziyalar və icazələr haqqında”qanuna dəyişiklik layihəsi (birinci oxunuş).

9. “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsi (birinci oxunuş).

10. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanuna dəyişiklik layihəsi (birinci oxunuş).

11. “Antiinhisar fəaliyyəti haqqında”, “Yeyinti məhsulları haqqında” və “Dövlət sirri haqqında” qanunlarına dəyişiklik layihəsi (birinci oxunuş).

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar