Ru
11:48 / 08 May 2024

"Deyir, insanpərvərliyə tüpür, mən sənin arxandayam" - Zərdüşt Əlizadə

1461
Ermənistanın baş naziri Nikol Paşinyan Bakı və İrəvanın noyabr ayına qədər sülh müqaviləsi imzalaya biləcəyini deyib. O, həmçinin iki ölkənin xarici işlər nazirlərinin Almatı görüşündə irəliləyişin əldə olunacağına ümid etdiyini bildirib.

Nazirlərin gözlənilən Almatı görüşü ərəfəsində Paşinyanın açıqlamalarını Bakupost.az -a şərh edən politoloq Zərdüşt Əlizadə bildirib ki, bu cür fikirlərin səsləndirilməsi müsbət haldır:

“Məncə, Azərbaycan və Ermənistan vətəndaşlarının əksəriyyəti bu cür müsbət fikirlərə sevinir. Çünki anlayırlar ki, çox qanlar, bəlalar, itkilər gətirmiş münaqişəyə son qoyulur. Mən də ümid edirəm ki, cənab Bayramov və Mirzoyan Almatı görüşündə sülh müqaviləsinin mətnini razılaşdırıb, dövlət başçılarının qarşısına qoyacaqlar ki, onlar da öz qəti fikirlərini desinlər”.

Politoloq İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Bakıda keçiriləcək 29-cu sessiyası zamanı dünyada hərbi əməliyyatların dayandırılmasının müsbət bir addım ola biləcəyinə də diqqət çəkib:

“Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin bununla bağlı səsləndirdiyi fikirlər çox yaxşıdır. Amma təəssüf ki, xoş niyyətlər həmişə həyata keçmir. Məsələn, İslamda belə bir şey var ki, Ramazan ayında münaqişələr, müharibələr dayanmalıdır. Amma dayanmadı. 1973-ci ildə Ramazan ayında Misir torpaqlarını azad etmək üçün müharibəyə başladı. Müqəddəs Pasxa bayramında müharibələr dayanmalıdır, amma dayanmır, atəşkəsə riayət edilmir”.

Z.Əlizadə İsrailin Rəfaha hücumuna da münasibət bildirib:

“Amerika İsrailin arxasında dağ kimi durduğu üçün o, Rəfaha hücum etdi. ABŞ deyir ki, beynəlxalq hüquqa, bəşəriyyətin qanunlarına, insanpərvərliyə tüpür, mən sənin arxandayam”.

Vasif Əlihüseyn
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər