Ru
17:45 / 06 İyun 2024

Sevil Nuriyeva ilə Aygün Attar arasında dava - FETÖ ittihamı

2701
“Türkiyədə Azərbaycan diasporunu təmsil etmək hüququnun hər zaman tək əldə olması uzun müddətdir tənqid obyektinə çevrilib. Xüsusilə də Azərbaycanla bağlı mövzularda Türkiyə mediasında gedən xəbər axınını nəzarətdə saxlayan bu çevrə daha da irəli gedərək Türkiyə ictimaiyyətini zaman-zaman manipulyasiya həddinə çatdıraraq təsəvvürünü çaşdırdığını hamımız bilirik”.

Diaspora.TV xəbər verir ki, bu barədə açıqlama ilə MGTV Media Qrupun yaradıcısı, jurnalist Mustafa Gürbüz çıxış edib.

M.Gürbüz qeyd edib ki, Azərbaycan diasporunun aparıcı simalarından olan Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun prezidenti, professor Aygün Attarla jurnalist Sevil Nuriyeva arasında böyük gərginlik yaşanır:

“Azərbaycanlı xanımların bu “davası” ona görə daha da maraqlı olub ki, hər ikisi AK Partiyaya yaxındır. Aygün Attar eyni zamanda Prezidentin Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvüdür, Sevil Nuriyeva isə “Star” qəzetinin köşə yazarıdır. Eyni zamanda, hakimiyyətə yaxın dairələrdə imic yaratmağa çalışır! Hətta MİT-ə yaxınlığına görə Azərbaycan kanallarında tənqidlərə də cavab verməli olub”.

M.Gürbüz bildirib ki, hər şey tərəflərdən birinin Facebookda etdiyi paylaşımla ortaya çıxdı:

“Son vaxtlar bütün ifşalar qadınların qisas hissi ilə üzə çıxmırmı? Kimi zaman aldadılmanın əsəbi, kimi də zamanda nifrət hissi ilə… Camaat bu mübarizədən belə xəbər tutdu. Aygün Attar “davada yumruq sayılmı” devizinə əməl edərək, öz səhifəsində ad çəkmədən elə ciddi ittihamlar səsləndirib ki, Sevil xanımın nə fetöcülüyü, nə yalanı, nə də cahilliyi qaldı! İş o yerə çatdı ki, o, Nuriyevanın Türkiyədə azərbaycanlı FETÖ imamı Əli Çetinkayanın sayəsində məhşurlaşdığını iddia edib! Təbii ki, o, bu ifşalara səbəb kimi Sevil xanımın ona qarşı şiddətli qarayaxma kampaniyasını göstərib! Görünür, bu davanın əks-sədası iki qadının çəkişməsi kimi qalmayacaq və onun əks-sədası Ankaradan Bakıya qədər uzanacaq!”
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər