İstanbulun Sarıyer rayonunun Maslak qəsəbəsində iki dindar arasında əlbəyaxa dava düşüb.
Bakupost.az xəbər verir ki, hadisə DHA agentliyinin yaydığı məlumata əsasən məscidin təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.
İnsidentə səbəb namaza gələn şəxslərdən birinin yüksək səslə mobil telefonla danışması olub. Digər dindar buna etiraz etsə də, xəbərdarlığa məhəl qoyulmayıb. Nəticədə, tərəflər ibadət evində əlbəyaxa olublar.