Ru
20:34 / 09 Mart 2022

Dünya dəhşətli fəlakətin astanasında - 48 SAAT QALIB...

3282
Çernobıl Atom Elektrik Stansiyasının elektrik enerjisi tamamilə kəsilib.

Bakupost.az xəbər verir ki, bu barədə Ukraynanın Milli Enerji Şirkəti “Ukrenergo” məlumat yayıb.

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba tviterdə bu barədə açıqlama verib.

Nazir bildirib ki, Rusiya ordusunun nəzarətə götürdüyü Çernobıl AES və oradakı bütün nüvə obyektlərini qidalandıran yeganə elektrik şəbəkəsi zədələnib:

“Mən beynəlxalq ictimaiyyəti Rusiyadan təcili olaraq atəşkəs tələb etməyə və elektrik təchizatını düzəltmək üçün təmir işlərinə icazə verməyə çağırıram”.

Kuleba qeyd edib ki, Çernobıldakı ehtiyat generatorların cəmi 48 saat gücü qalıb:

“Bundan sonra işlənmiş nüvə yanacağının anbarının soyuducu sistemi söndürüləcək ki, bu da radiasiya sızmasına səbəb olacaq. Putinin vəhşi müharibəsi bütün Avropanı təhlükə qarşısında qoyur. Buna dərhal son qoymaq lazımdır".

Xatırladaq ki, Çernobıl AES fevralın 24-də Rusiya hərbçiləri tərəfindən ələ keçirilib, bundan sonra stansiyadakı nüvə monitorinq sistemlərinin Beynəlxalq Atom Enerjisi Agentliyinə məlumat ötürülməsini dayandırdığı açıqlanıb.
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər