Ru
10:05 / 02 Oktyabr 2023

Dünyaca məşhur yazıçı Harari Bakıda - Görüşdən FOTOLAR

20441
Dünyaca məşhur İsrail yazıçısı, tarixçi, professor Yuval Noah Harari Azərbaycana gəlib.

Bakupost.az xəbər verir ki, bu barədə “Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu paylaşım edib.

Ötən gün Daş salnamə muzeyində təşkil olunan görüşdə bir sıra naşirlər, ictimaiyyət nümayəndələri iştirak edib.

Harari və onun komandası ilə sual-cavab formatında maraqlı çıxış olub.

Qeyd edək ki, 1976-cı il təvəllüdlü Yuval Noy Harari Yerusəlim Yəhudi Universitetində tarix professoru kimi fəaliyyət göstərir. “Sapiens: Bəşəriyyətin qısa tarixi” (2014) və “Homo Deus: Sabahın qısa tarixi” (2015) əsərlərinə görə tanınır. Onun əsərləri iradə azadlığı, şüurlanma və intellekt kimi mövzulara toxunur. Yuvalın ilkin nəşrlərində adını qeyd etdiyi məqamlardan biri 70.000 il əvvəl baş vermiş “təfəkkür inqilabı”dır. Belə ki, bu inqilab sayəsində Homo sapiens rəqibləri neandertalları üstələmiş, idrak edilən dil formalaşdırmış, mürəkkəb cəmiyyətlər yaratmış, digər yırtıcı heyvanları keçmişdirlər. Alimin son kitabları daha çox öyrədici xarakter daşıyır. Harariyə görə Homo sapiens növü yaxın gələcəkdə yox olacaq və yerini daha inkişaf etmiş insan irqi alacaq.









Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər