Ru
18:06 / 22 May 2025

Dünyada ilk - Ayaqüstü yerləri olan təyyarələr istifadəyə veriləcək

Dünyada ilk -   Ayaqüstü yerləri olan təyyarələr istifadəyə veriləcək
Eye

Ayaqüstü yerləri olan təyyarələr 2026-cı ildə istifadəyə verilə bilər.

Bakupost.az "Daily Mail"ə istinadən xəbər verir ki, "Skyrider 2.0" oturacaq konsepsiyası ilə aşağı büdcəli aviaşirkətlər təyyarələr daha çox sərnişin daşıya biləcək.

2018-ci ildə İtaliyanın "Aviointeriors" şirkəti Hamburqda keçirilən "Aircraft Interiors Expo-2018" sərgisində aşağı büdcəli aviaşirkətlər üçün nəzərdə tutulmuş yeni oturacaq konsepsiyasını təqdim etmişdi.

Son məlumatlara əsasən, velosiped stilində, sərnişinlərin tam oturmadan — yarı-vertikal vəziyyətdə səyahət etdiyi bu yumşaq oturacaqlar təhlükəsizlik tələblərinə cavab verir və müvafiq qiymətləndirmədən keçib.

Bu oturacaqlar təyyarələrin sərnişin tutumunu 20% artıracaq və təxminən iki saatlıq uçuşlarda gələn ildən istifadəyə veriləcək.

Aysel,
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar