Rusiya Aerokosmik Qüvvələrinin silahlanma üzrə baş komandan müavini general-polkovnik Yuri Qrexov həbs edilib.
“Bakupost” xəbər verir ki, bu barədə Rusiya mediasında 235-ci Qarnizon Hərbi Məhkəməsinin protokollarına istinadla məlumat yayılıb.
İşə 25 noyabrda baxılıb. Qrexovun həbsi üçün ərizə Rusiya İstintaq Komitəsinin (İK) Baş Hərbi İstintaq İdarəsi tərəfindən verilib.