Ru
20:21 / 26 Noyabr 2026

Estoniya XİN rəhbəri Azərbaycana gəlir

Estoniya XİN rəhbəri Azərbaycana gəlir
Eye

Estoniyanın xarici işlər naziri Marqus Tsaxna Azərbaycana gələcək.


"Bakupost" xəbər verir ki, bu barədə Estoniyanın Xarici İşlər Nazirliyi X səhifəsində məlumat yayıb.

Səfərin noyabrın 27-də baş tutması gözlənilir.

Səfər çərçivəsində Bakıda Estoniyanın Azərbaycandakı səfirliyinin rəsmi açılış mərasimi keçiriləcək.

Marqus Tsaxna səfər zamanı bir sıra rəsmi görüşlərdə iştirak edəcək.

Görüşlərdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi, xüsusilə biznes, innovasiya və rəqəmsal idarəetmə sahələrində əlaqələrin inkişafı müzakirə olunacaq.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar