Ru
18:57 / 26 Noyabr 2026

Ağrı dağının təsviri Ermənistanın gerbindən çıxarılacaq?

Ağrı dağının təsviri Ermənistanın gerbindən çıxarılacaq?
Eye

Ermənistanın dövlət rəmzlərinin taleyi ilə bağlı qərarı ölkə vətəndaşları referendum yolu ilə qəbul etməlidirlər.


"Bakupost" Oxu.Az-a istinadla xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasından sonra keçirdiyi ənənəvi brifinqdə ölkənin dövlət gerbindən Ağrı dağının təsvirinin çıxarılması ehtimalı ilə bağlı sualı cavablandırarkən bildirib.

Onun sözlərinə görə, yeni konstitusiya layihəsində dövlət rəmzlərinin referendum yolu ilə qəbul ediləcək ayrıca qanunla müəyyənləşdirilməsi nəzərdə tutulur. Bununla belə, hazırda hakimiyyətin dövlət rəmzlərinin dəyişdirilməsi ilə bağlı konkret təklifləri yoxdur.

"Vətəndaşlar hansı bayrağı, gerbi və ya himni özlərininki hesab etdiklərinə özləri qərar verməlidirlər", - Paşinyan deyib.

Hökumət başçısı əlavə edib ki, vətəndaşlar mövcud dövlət rəmzlərini dəstəkləsələr, onlar dəyişdirilməyəcək.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar