Ru
09:38 / 15 Mart 2023

Dünyanın ən yaxşı universitetinə qəbul olundu - Azərbaycanlı məktəblidən ilk - FOTO

13573
"4 ildə 3-cü tələbəmiz Dəniz Sattarli (Barış-2020, Salman-2022) dünyanın ən yaxşı universiteti Massaçusets Texnologiya İnstitutuna (MİT) bakalavr üzrə qəbul oldu. Dəniz həm də ölkəmizdən bu universitetə bakalavr üzrə daxil olan ilk qız məktəblidir".


Bakupost.az xəbər verir ki, bu barədə "ROOF Academic Training” tədris mərkəzinin təsisçisi və icraçı direktoru Rüfət Hüseynzadə sosial şəbəkə hesabında yazıb.


"Müstəqilliyimizin bərpasından sonra 28 il ərzində ölkəmizdən MİT-yə bakalavr üzrə cəmi bir qəbul var idi, son 4 ildə isə 3 tələbəmiz qəbul aldı", deyə Rüfət Hüseynzadə bildirib.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər