Ru
23:09 / 27 İyun 2025

Ermənistan çalxalanır: İrəvana piyada gedən Acapaxyan saxlanıldı - Vəkilindən açıqlama

Ermənistan çalxalanır: İrəvana piyada gedən Acapaxyan saxlanıldı - Vəkilindən açıqlama
Eye

Ermənistanın Apostol Kilsəsinin Şirak Yeparxiyasının rəhbəri Mikael Acapaxyan ölkədə hakimiyyəti devirməyə çağırışlarla bağlı cinayət işi üzrə saxlanılıb; istintaq onun həbsi üçün vəsatət qaldırıb.


Bakupost.az xəbər verir ki, bu barədə jurnalistlərə onun vəkili Ara Zöhrabyan bildirib.


"Biz istintaq tədbirlərində iştirak etdik. Arxiyepiskop Mikael Acapaxyana qarşı Ermənistan Cinayət Məcəlləsinin 422-ci maddəsinin 2-ci hissəsi ilə cinayət işi başlanıb. Müstəntiq arxiyepiskopun həbsə alınması şəklində həbs-qətimkan tədbirinin seçilməsi barədə məhkəmədə vəsatət qaldırıb", - Zöhrabyan bildirib.


O əlavə edib ki, məhkəmə arxiyepiskopun həbsindən sonra 24 saat ərzində həbs-qətimkan tədbiri ilə bağlı qərar qəbul etməlidir.

***

Hüquq-mühafizə orqanları Apostol Kilsəsinin Şirak yeparxiyasının rəhbəri, arxiyepiskop Mikael Acapaxyana dəstək vermək üçün Ermənistan İstintaq Komitəsinin binası qarşısında toplaşan vətəndaşları saxlamağa başlayıb.

***

Ermənistan Baş naziri Nikol Paşinyan Eçmiədzin kafedralında baş verənlərlə bağlı açıqlama verib.


Bakupost.az xəbər verir ki, o, Erməni apostol kilsəsini (katolikos II Qaregin və komandasından) azad edəcəklərini bildirib.

*******

Şirak yeparxiyasının rəhbəri Mikayel Ajapaxyan vəkilləri ilə birlikdə İrəvanda Ermənistan İstintaq Komitəsinə ifadə vermək üçün piyada yola düşüb.


Bakupost.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

Vətəndaşlar onun könüllü olaraq İstintaq Komitəsinin qarşısına çıxmasına imkan yaradıblar.


Arxiyepiskopun gəlişindən əvvəl İstintaq Komitəsinin girişi və ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib. Əraziyə çoxlu canlı qüvvə yerləşdirilib.

“Bu dəqiqələrdə İstintaq Komitəsinin əsas girişində çoxlu sayda qırmızı beretlilər toplaşır. Yüksək rütbəli polislər də xidməti maşınlarla ora yaxınlaşırlar. Çox güman ki, onlar Şirak yeparxiyasının rəhbəri ilə görüşə hazırlaşırlar”, - yerli KİV bildirib.

Hakim “Vətəndaş Müqaviləsi” Partiyasından olan deputat Vaaqn Aleksanyan silahlı çevrilişə çağırış edən arxiyepiskopun həbs olunacağını bəyan edib:

“Silahlı çevrilişə çağıran Ajapaxyan həbs olunacaq. Münaqişəyə, terrora can atan əclaflar məqsədlərinə çatmayacaqlar”.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar