Ru
12:26 / 30 Aprel 2024

Elektron resept: əczaçılar vəziyyətdən sui-istifadə edəcək?

2620
“Məlum olduğu kimi, yanvarın 1-dən etibarən ölkə ərazisində fəaliyyət göstərən bütün tibb müəssisələrində elektron resept sisteminin tətbiqinə başlanılıb. Bu, dərman maddələrinin dövriyyəsinə nəzarət mexanizmidir və çox vacib prosesdir. Bütün reseptlərin elektron şəkildə olması, həm dərman maddələrinin qeydiyyatı, həm istehlakı, həm də utilizasiyası prosesinə nəzarət üçün önəmlidir. Ayrı-ayrı reseptlərin, müalicə sxemlərinin klinik protokollara uyğun olub-olmadığı da bu vasitə ilə yoxlanılır. Elektron respetlər sui-istifadə hallarının qarşısını almaq üçün universal metoddur”.



Bu fikirləri tibb üzrə ekspert, professor Adil Qeybulla Bakupost.az -a söyləyib.

O qeyd edib ki, elektron resept həkimlərin fəaliyyətinə nəzarət, yazılan reseptlərin qeydə alınması baxımından əhəmiyyətlidir. Lakin dərman monopoliyası, həkimlərin firmalarla razılaşması kimi problemlərin həlli üçün bu dəyişiklik bir o qədər effektiv deyil:

“Bəzən lazım olmayan dərmanların xəstələrə həddən ziyadə yazılması, ayrı-ayrı həkimlərin “mənim üsulumdur” deyərək istifadə etməsi və başqa bu kimi şeylər var. Belə hallar yolverilməzdir. Klinik protokol ortada olmalıdır ki, bütün fəaliyyət buna uyğun həyata keçirilsin. Əks halda bu məsələ kağız üzərində qala bilər”.

A.Qeybulla əlavə edib ki, bu dəyişiklik aptekdə işləyən şəxslərə hər hansı bir firma ilə əməkdaşlıq edib, müştərilərə onların dərmanlarını təklif etmək imkanı verəcək:

"İndiyədək ictimaiyyətdə narahatlıq doğuran məqam həkimlərin korporativ maraqları idi. Bundan sonra isə əczaçıların bu qərardan sui-istifadə edib-etməməsi narahatlıq doğuracaq. Deməli, problemin birdəfəlik həlli üçün kompleks addımlar atılmalıdır”.

Sevinc
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər