Ru
13:22 / 21 Noyabr 2023

Əli Kərimli qırt toyuqlar kimi oturub TV qarşısında... - Siyavuş Novruzov

Əli Kərimli qırt toyuqlar kimi oturub TV qarşısında... - Siyavuş Novruzov
Eye

ABŞ Senatının aktı qəbuledilməzdir. Azərbaycana qarşı ədalətsiz qərar qəbul olunub.


Bakupost.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.

O bildirib ki, ABŞ 2000-ci illərə qədər insan, mətbuat azadlığı və s. adlar altında pərdələnərək ölkələrin ərazilərinə müdaxilə edirdisə, indi bu açıq şəkilə keçib:

"Əvvəlki Amerikadan artıq əsər-əlamət yoxdur. ABŞ imperialist dövlət kimi ədalətsizliyin təbliğatçısına çevrilib".

S.Novruzov qeyd edib ki, ABŞ bəyanatını daxildə də təbliğ etməyə başlayanlar var:

"Əli Kərimli qırt toyuqlar kimi oturub televiziyanın qarşısında müsahibələr verməyə başlayıb. ABŞ və Avropanın siyasətini təbliğ edir. Azərbaycanın ərazi bütövlüyünün əleyhinə qarşı iş aparılır. Guya, azərbaycanlılar erməniləri etnik təmizləməyə məruz qoyub. Hansı ki, bunu ermənilər edib. Bunlardan bir kəlmə danışan yoxdur. Ancaq Azərbaycan əleyhinə eyni mənbədən olan qüvvələr bu təbliğatı aparır".

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar