“Hər zaman deputatların əməkhaqları ilə bağlı məsələlərə münasibət bildirmişəm. Amma nə danışırsansa, danış, həmişə bu məsələ tənqidə səbəb olub”.
Deputat qeyd edib ki, əməkhaqqı bütün sahələrdə artırılır: “Doğru, düzgün, səmimi də danışsaq, yenə insanlar qəbul etmir. Mən səhərdən axşama kimi deputat fəaliyyətimi həyata keçirmək üçün çalışıram. Əlimdən gələni, hətta əlimdən gəlməyəni də edirəm. Fəaliyyətinə yaxından bələd olduğum xeyli deputatlar tanıyıram ki, onlar da çalışırlar, işləyirlər. Kimsə deputatla oturub-durmalıdır ki, onun həyata keçirdiyi işləri görə bilsin. Onunla tanış olandan sonra, yəqin ki, başqa cür düşünə, fikrini dəyişə bilər.
Bildiyimə görə əməkhaqqı bütün sahələrdə artırılır. Artırıldığına görə bu həm də deputatlara da sirayət edir”.
Fəridə
Baku Post
Deputat az maaş alır ki, onun maaşı artırılmalıdır?Axı bu insanları haqlı qıcqlandırır.İllərlə özlərini görməməzliyə vurub yatan,biznes və alverlə,işə düzəltmə rüşvətləri ilə məşğul olan ,millətin ağır vəziyyətlərinə kənardan baxan deputatların maaşı nə üçüçn artırılmalıdır? Bəs ayda 150-300 manat pensiya ,müavinət alan miskin əhalini kim nəzərə almalı,onların halına yanmalıdır?xı belə ayrıseçkilik cəmiyyəti normal sayıla bilməz!