Ru
16:46 / 11 İyun 2025

Əməkdar artist olmaq istədi - Pulunu yedilər...

Əməkdar artist olmaq istədi - Pulunu yedilər...
Eye

Əməkdar artist fəxri adı almaq istəyən musiqiçi dələduzluğun qurbanı olub.

Bakupost.az Qaynarinfo-ya istinadla xəbər verir ki, xəbər verir ki,hadisə Abşeronda baş verib.

Zərərəçəkmiş (müəyyən səbəblərdən adını açıqlamırıq) ortaq tanışları vasitəsilə Musa adlı şəxslə tanış olub. Həmin şəxs ona fəxri ad almaqda yardımçı olacağını bildirib. Bunun müqabilində isə zərəçəkmişdən 2150 manat pul alıb. Bildirib ki, həyat yoldaşının qohumları yüksək vəzifədə işləyir. Verilən pula da onlara hədiyyə alacaq. Lakin bir müddət sonra o, zənglərə cavab verməyib.

Musiqiçi aldadıldığını anlayaraq hüquq-mühafizə orqanlarına müraciət edib. Həmin şəxs saxlanılıb və daha sonra Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ittiham irəli sürülüb. Barəsində məhkəmənin qararı ilə başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilib.

Cinayət işinin məhkəmə istintaqı Abşeron Rayon Məhkəməsində aparılıb. Məhkəmə zamanı Musa verilmiş ittiham üzrə özünü təqsili bilib. Həmçinin məlum olub ki, o, dəymiş ziyanı ödəyib.

Məhkəmənin hökmü ilə Musaya 10 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun şübhəli şəxs qismində saxlanıldığı 2 gün 4 günə bərabər tutularaq verilən cəzadan çıxılıb və üzərində qəti olaraq 9 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar