Ru
06:14 / 02 İyul 2025

Əqli gerilik, demensiyadan qorunmağın 8 yolu – 40 yaşından başla

Əqli gerilik, demensiyadan qorunmağın 8 yolu – 40 yaşından başla
Eye

Bəzi insanlar yaşlandıqca demensiya xəstəliyinə daha çox meyilli olurlar. Mütəxəssislər bildirirlər ki, belə hallarda vaxtında profilaktik tədbirlər görmək vacibdir.


Medicina” xəbər verir ki, həkimlər demensiyanı yaddaş itkisi, düşüncə və mühakimə problemləri, eləcə də gündəlik işləri müstəqil şəkildə yerinə yetirməkdə çətinliklə müşayiət olunan pozuntu kimi xarakterizə edirlər.

Demensiyanın ilkin əlamətlərini gündəlik həyatda müşahidə etmək mümkündür. Bunlara yaddaş pozuntuları, diqqəti cəmləməkdə çətinlik, sadə tapşırıqları yerinə yetirməkdə problem, söhbəti izləməkdə və ya düzgün söz tapmaqda çətinlik, əhval-ruhiyyənin qəfil dəyişməsi, yersiz zarafatlar, zaman və məkan anlayışında çaşqınlıq daxildir.

Həkimlər xəbərdarlıq edirlər ki, bu simptomların yalnız bir neçəsi müşahidə olunsa belə, vaxt itirmədən mütəxəssisə müraciət etmək vacibdir.

Amerika Nevrologiya Akademiyasının son araşdırmasına əsasən, demensiyanın qarşısını almaq üçün aşağıdakı həyat tərzi tövsiyə olunur:
• Fiziki cəhətdən aktiv qalmaq
• Sağlam və balanslı qidalanmaq
• Artıq çəkidən azad olmaq
• Siqaretdən uzaq durmaq
• Qan təzyiqinə nəzarət etmək
• Xolesterin səviyyəsini izləmək
• Qan şəkərini normada saxlamaq
• Gündəlik idmanla məşğul olmaq

Mütəxəssislər bildirirlər ki, bu vərdişlər, demensiyaya irsi meyilli şəxslərdə belə, xəstəliyin inkişaf riskini azalda bilər. Sağlam həyat tərzi isə ümumilikdə beyin sağlamlığının qorunmasında mühüm rol oynayır.

Aygün Musayeva

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar