Ru
23:39 / 11 Mart 2026

Ev dustağı olan Rəqsanə Gəncədə necə konsert verir?

Ev dustağı olan Rəqsanə Gəncədə necə konsert verir?
Eye

Müğənni Rəqsanə İsmayılovanın barəsində olan ev dustaqlığı qətimkan tədbiri aprelin 4-nə qədər uzadılıb. Özü isə sosial şəbəkə səhifəsində 18 martda Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında konserti olacağını paylaşır. Konsertin xüsusilə Bakıdan da uzaqda, Gəncə şəhərində olması sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Rəqsanənin konsert vermək üçün Bakıdan çox uzağa getməsi ev dustaqlığı haqda qərarın pozulması kimi qiymətləndirilib.

Bakupost.az xəbər verir ki, sözügedən məsələ ilə bağlı Axar.az-a danışan hüquqşünas Əkrəm Həsənov ev dustaqlığını məhkəmənin verdiyini, məhkəmə qərarında hansı şərtlər olduğundan isə məlumatımız olmadığını bildirib.

“Məhkəmə qərarında istisnalar, güzəştlər və müəyyən şərtlər ola bilər. O cümlədən, həmin şəxs məhkəməyə müraciət edib icazə ala bilər. Lakin ədalət nöqteyi-nəzərindən kiməsə belə istisna edilməsini düzgün hesab etmirəm”, - hüquqşünas bildirib.

Qeyd edək ki, R.İsmayılova ötən ilin avqust ayında həbs edilib və avqustun 16-da barəsində həbs qətimkan tədbiri seçilib. Həmin ilin noyabrın 19-da vəkilinin vəsatəti əsasında onun barəsində olan həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub.

O, külli miqdarda dələduzluqda ittiham olunur. Araşdırmalarla müəyyən edilib ki, o, iki nəfər zərərçəkən şəxsin ümumilikdə 35.000 manat dəyərində qızıl-zinət əşyalarını və 520.000 ABŞ dolları məbləğində pulunu dələduzluqla ələ keçirib.

Rəqsanə İsmayılova dəymiş zərərin bir qismini ödəyib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar