Ru
01:02 / 30 Aprel 2026

Saakaşvilidən azərbaycanlılarla bağlı çağırış: Birləşin!

Saakaşvilidən azərbaycanlılarla bağlı çağırış: Birləşin!
Eye

Gürcüstanın sabiq prezidenti Mixail Sakaaşvili bu gün Marneulinin Şulaver kəndində fermerlərin keçirdiyi aksiyaya münasibət bildirib.

Bakupost.az xəbər verir ki, Saakaşvili Marneuli fermerləri ilə həmrəy olduğunu bəyan edib.

O, bütün müxalifəti səfərbər olmağa çağırıb:

"Mənim həmrəyliyim Marneulidəki fermerlərlədir! Mən vaxtilə regionda etnik azərbaycanlıları təzyiqdən azad etmişdim. İndi isə İvanişvili öz korrupsiyası ucbatından bu zəhmətkeş, vətənpərvər insanları yenidən yoxsulluğa sürükləyib. Bütün Tiflis müxalifətini Marneuliyə getməyə, Kvemo Kartli kəndlərinə çıxmağa, faktlar toplamağa və vətəndaşlarımızın yanında olmağa çağırıram. Studiyalarda oturmağınız və mənasız yazılar yazmağınız bəsdir!

Heç olmasa, bir dəfə xalqa faydalı olun, onların yanında durun və birləşin".

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar