Ru
22:34 / 29 Aprel 2026

Müharibə ABŞ-yə 25 milyard dollara başa gəldi

Müharibə ABŞ-yə 25 milyard dollara başa gəldi
Eye

İranla müharibə ABŞ-yə 25 milyard dollara başa gəlib.


Bakuppst.az "Reuters"ə istinadla xəbər verir ki, bu barədə Pentaqon rəhbərinin maliyyə məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Culs Hörst Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsində keçirilən dinləmələrdə bildirib.

Onun sözlərinə görə, bu vəsaitlərin böyük hissəsi döyüş sursatlarına yönəldilib.


"Digər mühüm xərc istiqamətləri arasında əməliyyat və texniki xidmət (O&M), həmçinin avadanlıqların dəyişdirilməsi yer alır. Bu xərclər hərbi əməliyyatların başladığı 28 fevral 2026-cı il tarixindən bu günə qədər olan təxminən iki aylıq dövrü əhatə edir", - o bildirib.

Pentaqon rəhbərliyi münaqişənin tam qiymətləndirilməsi başa çatdıqdan sonra Ağ Ev vasitəsilə Konqresə əlavə maliyyə sorğusu təqdim etməyi planlaşdırır. Bəzi mənbələrə görə, administrasiya müharibə xərcləri üçün 98 milyard dollar əlavə vəsait istəməyə hazırlaşır.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar