Tehran nüvə proqramı ilə bağlı ABŞ-ın narahatlıqlarını tam qarşılayan yeni sazişə razılıq verməyənə qədər İran limanlarının dəniz blokadası davam etdiriləcək.
Bakupost.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Axios" nəşrinə müsahibəsində bildirib.
Tramp İranın əvvəlcə Hörmüz boğazının açılması və blokadanın qaldırılması, nüvə danışıqlarının isə daha sonrakı mərhələyə saxlanılması barədə təklifini qəti şəkildə rədd edib.
O, dəniz blokadasını bombardmanlardan "daha effektiv" adlandıraraq, İranın neft ixrac edə bilmədiyi üçün iqtisadi cəhətdən "boğulduğunu" iddia edib.
"Blokadanın əsas məqsədi İranın heç vaxt nüvə silahına sahib olmamasını təmin etməkdir. İranın "nüvə silahı ola bilməz" və saziş imzalanana qədər təzyiq rıçaqı olan blokada qalacaq",- o bir daha vurğulayıb.
Asena,
BakuPost