Ru
12:08 / 18 Oktyabr 2026

Ərdoğanın müşavirinə ağır cavab: Türkiyədən Azərbaycana dəstək yağışı - VİDEO

Eye

Türkiyə Prezidentinin baş müşaviri Oktay Saralın Azərbaycandakı məktəb geyim qaydaları barədə açıqlaması Türkiyədə də müzakirələrə səbəb olub.


"Bakupost" Musavat.com-a istinadən xəbər verir ki, tanınmış jurnalist Erdem Atay Saralın mövqeyini sərt tənqid edərək Azərbaycanın daxili işlərinə müdaxilə etməməyə çağırıb.

Türkiyəli jurnalist, yazar və şərhçi Erdem Atay öz kanalında çıxış edərək məktəblərdə vahid geyim qaydaları ətrafında gedən mübahisəni şərh edib. O, Saralın Azərbaycanda hicablı şagirdlərin təhsil hüququnun məhdudlaşdırılması ilə bağlı fikirlərinə etiraz edib və “Bundan sənə nə?” sualını ünvanlayıb. Atay bildirib ki, Türkiyənin vəzifəli şəxsi bu mövzuda danışanda Azərbaycanın daxili işlərinə müdaxilə təsiri yarandığını nəzərə almalıdır.

Atay müqayisə üçün belə bir sual səsləndirib: Azərbaycan Prezidenti İlham Əliyev Türkiyədə hicablı hakimlərin, polislərin və hərbçilərin olmasını tənqid etsə, buna necə reaksiya verilər? O, Saralı Əfqanıstan, Pakistan və Suriya kimi ölkələrdə qızların təhsili və qadınların hüquqları ilə bağlı problemlər barədə də danışmağa çağırıb.

Jurnalist mübahisənin Azərbaycanda əlavə gərginlik yarada biləcəyini bildirib. Onun fikrincə, Türkiyədən gələn tənqidlər ölkə daxilində mühafizəkar reaksiyanı gücləndirə, yaranmış qarşıdurma isə kənar qüvvələrin maraqlarına uyğun nəticələr doğura bilər.

Atay İstanbulda Azərbaycanın Baş konsulluğu qarşısında keçirilən etiraz aksiyalarını da tənqid edib. O, Türkiyədə baş verən digər hüquq pozuntularına susan şəxslərin bu məsələdə küçələrə çıxmasını ikili yanaşma kimi qiymətləndirib və Qəzzada davam edən müharibəyə diqqət çəkib.

“Türkiyə və Azərbaycan qardaşdır və bu, hər zaman belə olacaq”, – deyən Erdem Atay iki ölkə arasındakı münasibətlərə xələl gətirə biləcək addımlardan çəkinməyə çağırıb.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar