Ru
17:05 / 01 Aprel 2026

Bu şəxslərin kartlarına pul köçürüldü - RƏSMİ

Bu şəxslərin kartlarına pul köçürüldü  - RƏSMİ
Eye

Bu günə qədər Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) 2025–2026-cı əkin ili üzrə payızlıq əkinlər və payızda əkilən çoxillik əkmələr üzrə ümumilikdə 277 825 fermerə 810 810 hektar sahə üzrə əkin subsidiyası ödəyib.

Məlumata görə, hazırda payızlıq əkinlər üzrə məlumatların və torpaq sənədlərinin yoxlanılması prosesi davam edir. Monitorinqləri başa çatan və tələb olunan sənədləri sistemə daxil edən fermerlərin ödənişləri mərhələli qaydada aparılır. Subsidiyaların ödənişi davam edəcək.

Qeyd edək ki,sözügedən ödənişlər fermerlərin kart hesablarına ödənilib.

Bakupost.az Oxu24.com-a istinadən xəbər verir ki, ödənilən məbləğlər müxtəlifdir.Ən çox ödəniş çəltik sahələrinə edilir.Hektara 380 manat.

Qarğıdalı sahəsi əkənlərə hektara 270 manat,darı əkənlərə 290 manat,sorqo əkənlərə 220 manat ödənilir.

Digər dənli və dənli paxlalılar (buğda, arpa, çovdar, vələmir, qarabaşaq, noxud, lobya, mərci və s.) İşğaldan azad edilmiş ərazilər üzrə - 400 manat,digər ərazilər üzrə 290 manat ödəniş ediləcək.

Bundan əlavə yonca sahəsinə 100-160 manat,buğda və arpa sahələrinə hektara görə 220 AZN subsidiya ödəniləcək.

Şərhlər
  • Adət Aslanov

    Pul nə vaxt köçəcəy

  • Ömər Heydər

    Son zamanlarda, xüsusilə diqqəti çəkən şey dövləti bəyənməyən bəzi şəxslərin dövlətin güvənindən sui-istifadə edərək dövlət büdcəsinə ziyan verməsidir. Bunlardan ən nəzərə çarpanlarından olanı subsidiya məsələsidir. Gecikən vəsaitlər olur. Bunun təməl səbəbi bəzi dövlətimizin güvəndiyi sonra dövləti aldadanların büdcəyə ziyanlarıdır. Dövlət yardım etməyə ayırdığı vaxtı, bu yardıma göz yumub dövləti aldadanları aşkarlamağa da ayırmalıdır.

  • Xxxxx

    Dövlətə o qədər pul atırlar subsidiyalarla heç maraqlanan yoxdu dövləti aldadan şəxslərlə

  • Pənah Məmmədov

    Salam aleykum çıxarış olmadan subsidiya almaq olurmu dövlət aktı ilə

  • Səfərzadə perviz

    Torpaq pulu hacan kocecek

  • Seymur Qurbanov

    Yonca ekirem

  • Hesenov telman hesen oqlu

    Ne vaxt kocecek

  • Yaqub Məmmədov

    1.54 sot bağ gilas nekyarin cəmi 75 Azn pul köçüb səbəbində bilmirəm

  • Aslanov Vidadi

    Pul nə vaxt verilecek

  • Penahovəlimusa

    Samaxin göyler kendi

  • Əliyev Cahangir

    Buğdaya 220 manat kim alıb subsidiya 200 manatdi yalan dezinformasiya niyə yazirsiz

  • Rahib mehdiyev

    Gözmüzün kökü saraldi her ilde belə süründürüller ne vaxt köcəcəy

  • Ağakişi ağakişizadə

    Nə vaxt köçəcək

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar