Prezident İlham Əliyev Dövlət qulluğunun inzibati və yardımçı vəzifələri üzrə aylıq vəzifə maaşının minimum məbləğləri, əməyin ödəniş səviyyələri üzrə vəzifələr, səviyyə və pillələr üzrə artım faizləri və aylıq vəzifə maaşlarının məbləğlərinin müəyyən edilməsi haqqında fərman imzalayıb.
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33-3.5-ci maddəsinə əsasən qərara alıram:
1. Azərbaycan Respublikasının dövlət orqanlarında qulluq keçən dövlət qulluqçularının aylıq vəzifə maaşının minimum məbləği inzibati vəzifələr üçün 1170 manat, yardımçı vəzifələr üçün 760 manat müəyyən edilsin.
2. Dövlət qulluğunun inzibati və yardımçı vəzifələri üzrə əməyin ödəniş səviyyələri təsdiq edilsin.
3. Dövlət qulluqçularının əməyinin ödəniş səviyyələri və pillələri üzrə artım faizləri təsdiq edilsin.
4. Dövlət qulluqçularının əməyinin ödəniş səviyyələri və pillələri üzrə aylıq vəzifə maaşlarının məbləği təsdiq edilsin.
5. Bu Fərmanın 3-cü və 4-cü hissələri ilə müəyyən edilmiş birinci – üçüncü ödəniş səviyyələri üzrə inzibati vəzifələrin və dördüncü – on birinci ödəniş səviyyələri üzrə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında inzibati vəzifələr üzrə baza aylıq vəzifə maaşları (birinci ödəniş pilləsi) qulluq şəraitinin xüsusiyyətləri nəzərə alınmaqla, 10 faiz yüksək məbləğdə müəyyən edilsin.
6. Müəyyən edilsin ki, bu Fərmanın 2-ci hissəsi ilə təsdiq edilən dövlət qulluğunun inzibati və yardımçı vəzifələri üzrə əməyin ödəniş səviyyələrində göstərilməyən və Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda nəzərdə tutulmayan, dövlət qulluğunun xüsusi növünə aid olan dövlət orqanlarında dövlət qulluğu vəzifələri üzrə əməyin ödəniş səviyyələri, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırılmaqla, həmin vəzifələrin aid olduğu dövlət orqanlarının rəhbərləri tərəfindən analoji ödəniş səviyyələrinə uyğunlaşdırılır.
7. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmanda nəzərdə tutulan əməkhaqlarının ödənilməsini 2026-cı ildə Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində bu məqsəd üçün nəzərdə tutulmuş vəsait, eləcə də dövlət orqanlarının saxlanılması xərclərində büdcə xərclərinin iqtisadi təsnifatının “Əməkhaqqı” köməkçi bölməsi dairəsində xərc paraqrafları arasında dəyişikliklər etməklə həyata keçirsin.
8. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
9. Bu Fərman 2026-cı il yanvarın 1-dən tətbiq edilir.
***
Azərbaycan Respublikasının bəzi dövlət orqanlarının rəhbər işçilərinə yeni vəzifə maaşlarının müəyyən edilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında fərman imzalayıb.
Fərmanda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, bəzi dövlət orqanlarının rəhbər işçilərinin əməkhaqlarının artırılması məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının bəzi dövlət orqanlarının rəhbərlərinin və onların müavinlərinin (Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla) beşinci ödəniş pilləsi üzrə aylıq vəzifə maaşları aşağıdakı məbləğlərdə müəyyən edilsin:
1.1. Baş nazir 17160 manat
1.2. Baş nazirin birinci müavini 15950 manat
1.3. Baş nazirin müavini 14850 manat
1.4. nazir 13750 manat
1.5. digər mərkəzi icra hakimiyyəti orqanının və mərkəzi icra
hakimiyyəti orqanına bərabər tutulan orqanın rəhbəri 13200 manat
1.6. nazirin birinci müavini 12650 manat
1.7. nazirin müavini, digər mərkəzi icra hakimiyyəti
orqanının və mərkəzi icra hakimiyyəti orqanına bərabər
tutulan orqanın rəhbərinin birinci müavini 12100 manat
1.8. digər mərkəzi icra hakimiyyəti orqanının və mərkəzi icra
hakimiyyəti orqanına bərabər tutulan orqanın rəhbərinin müavini 11550 manat
2. Yerli icra hakimiyyəti başçılarının aylıq vəzifə maaşları beşinci ödəniş pilləsi üzrə aşağıdakı məbləğlərdə müəyyən edilsin:
2.1. Bakı şəhəri 13200 manat
2.2. Gəncə və Sumqayıt şəhərləri 9900 manat
2.3. digər şəhər, rayon və şəhər rayonu üzrə 8800 manat.
3. Müəyyən edilsin ki:
3.1. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33-4.3-cü maddəsi nəzərə alınmaqla, bu Fərmanın 1-ci və 2-ci hissələrində göstərilən vəzifələr üzrə baza aylıq vəzifə maaşı (birinci ödəniş pilləsi) beşinci ödəniş pilləsi üzrə aylıq vəzifə maaşı 1,1 əmsalına bölünməklə, digər ödəniş pillələri üzrə aylıq vəzifə maaşı baza aylıq vəzifə maaşına münasibətdə hər pillə üzrə müvafiq olaraq 2,5 faiz artım tətbiq edilməklə müəyyən edilir və tam ədədə (sonuncu rəqəmi “0” və ya “5” olmaqla) yuvarlaqlaşdırılır;
3.2. bu Fərman qüvvəyə minənədək bu Fərmanın 1-ci və 2-ci hissələrində nəzərdə tutulmuş şəxslərə ödənilən vəzifə maaşı, əlavə, mükafat və digər ödənişlər bu Fərmanla müəyyən edilən aylıq vəzifə maaşına daxil edilir.
4. Bu Fərmana uyğun olaraq müəyyən edilən vəzifə maaşları əsasında əməkhaqqı fondunun formalaşdırılması məqsədilə dövlət orqanlarının saxlanılması xərclərinin tərkibində hər il dövlət büdcəsində vəzifə maaşlarının birinci ödəniş pilləsi üzrə hesablanan illik əməkhaqqı fondu və onun 10 faizi miqdarında əlavə vəsait nəzərdə tutulsun.
5. “Azərbaycan Respublikasının bəzi dövlət orqanlarının rəhbər işçilərinin əməkhaqlarının artırılması və “Azərbaycan Respublikasının bəzi dövlət orqanlarının rəhbər işçilərinə yeni vəzifə maaşlarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 avqust tarixli 348 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 1 mart tarixli 1609 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 3, maddə 197 (Cild I); 2024, № 7, maddə 796) 1 – 4-cü hissələri ləğv edilsin.
6. Bu Fərman 2026-cı il yanvarın 1-dən tətbiq edilir.
***
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası üzvlərinin əməkhaqlarının artırılması və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası üzvlərinin vəzifə maaşlarının müəyyən edilməsi haqqında” 2004-cü il 10 avqust tarixli 351 nömrəli, “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası üzvlərinin vəzifə maaşlarının müəyyən edilməsi haqqında” 2007-ci il 22 yanvar tarixli 1893 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə” 2022-ci il 1 mart tarixli 1613 nömrəli Fərmanında və “Azərbaycan Respublikası prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında” 2002-ci il 8 oktyabr tarixli 1054 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Fərmanda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, bəzi dövlət orqanlarının rəhbər işçilərinin əməkhaqlarının artırılması məqsədilə qərara alıram:
1. “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası üzvlərinin əməkhaqlarının artırılması və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası üzvlərinin vəzifə maaşlarının müəyyən edilməsi haqqında” 2004-cü il 10 avqust tarixli 351 nömrəli, “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası üzvlərinin vəzifə maaşlarının müəyyən edilməsi haqqında” 2007-ci il 22 yanvar tarixli 1893 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 1 mart tarixli 1613 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 3, maddə 201 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1-ci hissə üzrə:
1.1.1. 1.1-ci bənddə “3060” rəqəmləri “12000” rəqəmləri ilə əvəz edilsin;
1.1.2. 1.2-ci bənddə “2650” rəqəmləri “11000” rəqəmləri ilə əvəz edilsin;
1.1.3. 1.3-cü bənddə “2450” rəqəmləri “10000” rəqəmləri ilə əvəz edilsin;
1.1.4. 1.4-cü bənddə “2250” rəqəmləri “9000” rəqəmləri ilə əvəz edilsin;
1.2. 2-ci hissə ləğv edilsin.
2. “Azərbaycan Respublikası prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 8 oktyabr tarixli 1054 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 10, maddə 612 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
2.1. 1-ci hissə üzrə:
2.1.1. “3260 manat” sözləri “13750 manat, Baş prokurorun birinci müavininin aylıq vəzifə maaşı 12650 manat, Baş prokurorun müavininin aylıq vəzifə maaşı 12100 manat” sözləri ilə əvəz edilsin;
2.1.2. aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Qeyd olunan vəzifə maaşları “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33-4.3-cü maddəsinə uyğun olaraq əməyin beşinci ödəniş pilləsinə əsasən müəyyən edilmişdir.”;
2.2. aşağıdakı məzmunda 1-1-ci hissə əlavə edilsin:
“1-1. Baş prokurora və onun müavinlərinə ali xüsusi və ali hərbi rütbələr nəzərdə tutulan vəzifələr üzrə normativ hüquqi aktlarda nəzərdə tutulmuş vəzifə maaşından, habelə pul təminatından (əməkhaqqından) hesablanan üstəlik əlavələr və birdəfəlik ödənişlər şamil edilmir. Baş prokurora və onun müavinlərinə, ali xüsusi və ali hərbi rütbələr nəzərdə tutulan vəzifələr üzrə xidmət ilindən asılı olaraq, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33-4.3-cü maddəsi ilə müəyyən edilmiş əməyin ödəniş pillələri üzrə baza aylıq vəzifə maaşı (birinci ödəniş pilləsi) beşinci ödəniş pilləsi üzrə aylıq vəzifə maaşı 1,1 əmsala bölünməklə, digər ödəniş pillələri üzrə aylıq vəzifə maaşı baza aylıq vəzifə maaşına münasibətdə hər pillə üzrə müvafiq olaraq 2,5 faiz artım tətbiq edilməklə müəyyən edilsin və tam ədədə (sonuncu rəqəmi “0” və ya “5” olmaqla) yuvarlaqlaşdırılsın.”.
3. Müəyyən edilsin ki, bu Fərman qüvvəyə minənədək bu Fərmanın 1-ci və 2-ci hissələrində nəzərdə tutulmuş şəxslərə ödənilmiş vəzifə maaşı, əlavə, mükafat və digər ödənişlər onların bu Fərmanla müəyyən edilən aylıq vəzifə maaşına daxil edilir.
4. Bu Fərman 2026-cı il yanvarın 1-dən tətbiq edilir”.
***
Prezident İlham Əliyev dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan publik hüquqi şəxslərin əməkhaqqı sisteminin təkmilləşdirilməsi haqqında fərman imzalayıb.
Fərmanda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan publik hüquqi şəxslərin əməkhaqqı sisteminin optimallaşdırılması məqsədilə qərara alıram:
1. Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan publik hüquqi şəxslərin (bundan sonra – publik hüquqi şəxslər) işçilərinin aylıq vəzifə maaşlarının məbləğinin yuxarı həddi aşağıdakı qaydada müəyyən edilsin:
1.1. tabeliyi olmayan publik hüquqi şəxslərdə nəzərdə tutulmuş vəzifələrə münasibətdə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə uyğun olaraq müəyyən edilmiş digər mərkəzi icra hakimiyyəti orqanlarında analoji (onlara bərabər tutulan) vəzifələr üzrə baza aylıq vəzifə maaşının (birinci ödəniş pilləsi) 90 faizi həcmində;
1.2. dövlət orqanlarının və bu Fərmanın 1.1-ci bəndində göstərilən publik hüquqi şəxslərin tabeliyində yaradılan publik hüquqi şəxslərdə nəzərdə tutulmuş vəzifələrə münasibətdə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.4-cü maddəsinə uyğun olaraq müəyyən edilmiş digər mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentlikləri və dövlət xidmətlərində analoji (onlara bərabər tutulan) vəzifələr üzrə baza aylıq vəzifə maaşının (birinci ödəniş pilləsi) 90 faizi həcmində;
1.3. bu Fərmanın 1.2-ci bəndində göstərilən publik hüquqi şəxslərin tabeliyində olan publik hüquqi şəxslərdə nəzərdə tutulmuş vəzifələrə (rəhbər və müavin vəzifələri istisna olmaqla) münasibətdə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.6-cı maddəsinə uyğun olaraq müəyyən edilmiş digər mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentlikləri və dövlət xidmətlərinin yerli bölmələrində analoji (onlara bərabər tutulan) vəzifələr üzrə baza aylıq vəzifə maaşının (birinci ödəniş pilləsi) 90 faizi həcmində.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. üç ay müddətində:
2.1.1. bu Fərmanın 1-ci hissəsi nəzərə alınmaqla, Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının təkmilləşdirilməsi ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.1.2. aşağıdakıları müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin:
2.1.2.1. bu Fərmanın 1.3-cü bəndində nəzərdə tutulmuş publik hüquqi şəxslərin rəhbəri və rəhbərinin müavini vəzifələri üçün aylıq əməkhaqqı məbləğini;
2.1.2.2. bu Fərmanın 1-ci hissəsinə uyğun olaraq publik hüquqi şəxslərdə mövcud olan vəzifələrin Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda nəzərdə tutulmuş dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması siyahısını;
2.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
3. Publik hüquqi şəxslər:
3.1. altı ay müddətində “Dövlət maliyyəsinin səmərəli idarə edilməsinin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 25 avqust tarixli 489 nömrəli Fərmanının 3.7-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla, işçilərinin aylıq vəzifə maaşlarının məbləğinin bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş aylıq vəzifə maaşlarının yuxarı həddi çərçivəsində normativ hüquqi aktlarda nəzərdə tutulmuş qaydada müəyyən edilməsini təmin etsinlər;
3.2. strukturları, əməyin ödənişi fondu, işçilərinin say həddi və onların əməkhaqları barədə məlumatları Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 dekabr tarixli 901 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət adından yaradılmış publik hüquqi şəxslərə dövlət büdcəsi hesabına məqsədli vəsaitlərin ödənilməsi Qaydası”nın 3.2-ci bəndində nəzərdə tutulmuş hesabatlarla birlikdə təqdim etsinlər”.
***
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyindəki “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən digər dövlət orqanları işçilərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.
Fərmanda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyindəki “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən digər dövlət orqanları işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə qərara alıram:
1. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (bundan sonra – Agentlik) və onun tabeliyindəki “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən digər dövlət orqanları işçilərinin mükafatlandırılması məqsədilə 26.600.000 (iyirmi altı milyon altı yüz min) manat məbləğində vəsait hər il növbəti il üçün təsdiq olunan dövlət büdcəsində nəzərdə tutulur.
2. Agentlik:
2.1. bu Fərmanın 1-ci hissəsinə uyğun olaraq tələb olunan vəsaitin növbəti ilin dövlət büdcəsində nəzərdə tutulması üçün təkliflərini hər il iyulun 1-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsin;
2.2. bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş vəsaitdən istifadə qaydasını Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla üç ay müddətində müəyyən etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
4. Bu Fərman 2026-cı il yanvarın 1-dən tətbiq edilir”.
Edaletli pensiya ve maashlarda islahatlar aparmadan, memurlarin maashlarini birden- bire 4 qat artirmaq absurddur. Turkiye cumhuriyyeti qurulanda Ataturke meslehet ucun memurlarin maashlarini muzakire ederkken birce kelme ishledib- ele edin ki, muellimlerinkinden cox olmasin!
Çox ədalətli qərardır. Ən çox da seçki ilə bağlı. Çünki bunlar onların "çörəyini" yeyirlər. Yoxsa onlar allah bilir indi hansi ......
Пора кончать с этим беспределом
Daş daşlığa yağır həmişə. Məmurlar onsuz da əla yaşayır imkanları da yaxşı. Bu aşağı vəzifələrdə işləyən, fəhlə, xadimə bəs bunlar insan deyil? Ailə var işləyəni yoxdur iş tapmır. Heç olmasa uşaq pulu verilə məmurların o qədər artım olur maaşlarında. Az işləyib hamıdan çox yeyirlər.
1969-2006+2018 ci illərə kimi yarım əsrə yaxın dövrdə çalışıb fasiləsiz işləmişəm.Dövlət ictimai + sosial sıqorta büdcəsinə milyon manatdan çox ayırma və tutulmalarımı ödəmişəm.1969-2006 illərin DSMF ÖDƏMƏLƏRİNİ DSMF DƏYƏRSİZLƏŞDİRİB BATIRDIQINA və BAZA HİSSƏSİNİ FƏ LƏQV ETDİYİNƏ GÖRƏ mənə fevral 2018 İLDƏ 188 AZN təminatsız pensiya təyinatından sonra ət kərə yaqı, yaqlı pendir və b.ət süd, balıq, ev quşları quzu dana ıtlərini pomidoru və s.ala bilmədiyimə kommunal pul çatdıra, evimi təmir edə bilmədiyimə görə varikoz ürək beyin damar tromb öd daşı ciyər, mədə baqırsaq prostat adenomaya tutulmuşdu.8 ildən sonrakı təninatsız əmək pensiyam 443 manat heç dərmanlatıma çatmır.Çənim kimi çoxstajlı Akademiya təhsilli, İqtisadiyyat Magistri, Maliyyəçi və menecer-pedaqoqun indi əmək pensiyası azı 3000 manat olmalıdır Əminəm ki möhtərəm Prezidentimiz mənim kimi 72 yaşlı əzabda, sosial qulluqçusu çətin maddi durumda qalmış yazıq AHIL ZİYALILARA DA RƏHM EDƏR.
Təpik belə yarımçıq məhəbbətə...
Mən belə başa düşdümki yeni fərman yalnız məmurların daha yaxşı yaşamasını təmin edəcək, bəs bu xalqın müəllimləri? Həkimləri? Mədəniyyət işçiləri? Bunlar yenə sürünə sürünə yaşayacaqlar? Mən vətəndaş mövqeyimdən çıxış edərək deyirəmki məmurların yox aşağı təbəqənin , müəllimlərin, həkimlərin, hərbiçilərin maaşlarını bu qədər fantastiq dərəcədə qaldırmaq lazımdır. İcra başçısı əvvəl 4000 maaş alırdısa indi 10000 alacaq? Bu nə dərəcədə düzgündür? Xalqın aşağı təbəqəsini düşünmək lazımdır, uşaqpulunu vermək lazımdır, məmurların maaşlarını artırmaq lazımdır deyil.
Təhsil işçilərinidə yada salın cənab prezident hinçinin təhsilin özünüdə
Başa düşdüm hər şey gözəldi bəs mən işsizəm mən öz ailəmə yükəm 28 yaşımvar artığ o qədər ağır işlərdə işləmişəm canım ağrıyır 1997 ci il təvəllüdlüyəm bilmirəm nə edim sezon olur meyvə alıb satıram 5 3 manat qazaniram il boyu o pulla sürünürəm iş yerləri marketsi 450 manat maaşa xaiş edirəm vicdanla düşünün kim yaşaya bilər məmurlarin maşı artmasın demirəm protesto etmirəm lap əladı sevinirəm hətta sadəcə axı bəs mənim kimi sıradan vətəndaş nə etsin axı heç xaricə gedmək istəmirəm bu mənim doğma vətənimdi ölməkdə istəmirəm axı yaşamaqda hamımızın arzusudu Cənab prezdentin özüylə səmimi bir danışığ istiyərdim üz üzə əli qolumu bağlasınlar niyyətim pis deyil bəlkə təhlükəli görürlərsə razı olaram görüşdürsünlər məndə bu xalqın bir üzvü kimi nə qədər sıxıla sıxıla oturum fikirləşim nə anamın nə atamin üzünə baxa bilmirəm evləndim maddiyatdan boşanası oldum çünki həqiqətəndə artığ hiss edirəm bu cür yaşanılmır yəni ədalətli bir şəkildə minimum yaşam üçün 900 manat lazımdı insana ev tikməlisən torpaq almalısan nəcür bunu 450 manatla edək axı. Vallah Cənab prezdentimizlə elə çox danışmaq istəyirəmki üz üzə ibaniram ki dediyimi eşitsə mənə kömək edəcək çünki o xalqın ən üst yerindən idarə edir bizi və hamımızın şərti halını bilməsi 1 mənalı şəkildə mümkün deyil bu adi haldır amma səsimizi ona çatdıran bir qrum yoxdu ona görede mən şəxsən danışsam bəlkə nə bilim 1 otaq ev verər bir iş təşkil edər ən azindan bunu edər...
Bəs Fövqəladə Halların maaşı nə üçün həmişə minimumla hesablanır..Odda yanmaz, suda batmazıq ona görə? Mən kredit götürməklə dolanıram ..Bu gülüncdür.
Bəs biz - AMEA- nın fağır alimlərinə pay düşmür?
Demir yollarininda maawdari qaxsin demir yollarinda maawdar cox azdi. Millet bu maawnan dolana bilmir
Bes muellimlerin maaslari?5-ilden bir sertfikasiya adi ile,ders saatlari asaga salinib,guya 10-35-%-iz maas artirilir,bu nece sertfikasiyadan kecmekdir ki,sertfikasiyadan sonra ders saatin asagi saldilar,1400azn,36-ilin muellimiyem getirib saldilar 1190azne,bu nece artimdir,muelliim acindan olmelidir?Icra aparatlari 10000aznen asagi almirlar,guc strukturlari hamisinin emek haggi artdi,sertfikasiyani atiblar ortaliga,48 ball toplamisam,menim degig bildiyime gore 58 ball olmali idi geldi dusdu 48 balla bunu da basa dusmedim.Gara camaatin maaslari evvel artirilmali ifi,sonra,dovlet gullugcularin,bu nece olur?Kicik tibb iscileri,hekimlerin elinin altinfa kurer kimi isleyirler450-500 azne,bu nece olur?
Bəs pensiyaçılar?