Ru
18:38 / 11 May 2026

Qəbrinə yazılmış söz aranı qatdı – Nəhayət, gerçək bilindi

Qəbrinə yazılmış söz aranı qatdı – Nəhayət, gerçək bilindi
Eye

Mərhum xanəndə Arif Babayevin qəbirüstü abidəsində yazılan “Şərqdə ilk muğam professoru” ifadəsi ətrafında yaranan müzakirələri görüb, münasibət bildirmək istəyirəm. Mərhum Arif müəllim 1996-cı ildə Şərqdə xanəndəlik ixtisası üzrə professor adını alan ilk şəxsdir. O, sırf xanəndəlik (muğam ifaçılığı) ixtisası üzrə professor adını alan ilk sənətkardır.

Xüsusilə bildirim ki, Arif dayı ​1996-cı ildə bu adı alaraq muğam ifaçılığının bir akademik elm olduğunu rəsmiləşdirən şəxsdir. Bu, akademik standartlara uyğun olaraq sənədləşdirilmiş ilk rəsmi addır və dünya elmi təsdiq edir.

Buna görə də qəbirüstü abidədə yazılan söz düzdür. Bunu müzakirə etməyin nə mənası var?

Şərqdə ilk professor adı 1940-cı ildə “Azərbaycan xalq musiqisinin əsasları” elmi tədqiqat işinə görə Üzeyir bəy Hacıbəyli alıb. İlk “musiqi professoru” məhz Üzeyir bəy olub.

1940-cı ildə də Şərqdə ilk dəfə Bülbül musiqi elmi və vokal üzrə professor adını alıb.

Səid Rüstəmov da professor olub. Tarzən və bəstəkar kimi xalq musiqisinin tədrisi sahəsində ilk professorlardan biridir.

Ramiz Zöhrabovda muğamın sırf nəzəri tərəfini elmi-akademik səviyyədə araşdıraraq professor adını alan ilk musiqişünaslardan hesab olunur.

Şərqdə digər muğam ustaları da olub – Özbəkistan və İranda. Lakin onların adı tarixə professor kimi yox, master (magistr) kimi düşüb.

Prof.Dr. Zaur Əliyev

Şərhlər
  • Məhəmməd Hümbətov

    Təsadüfən rast gəldi.....fikir bildirmək istədim....PROFESSOR sözü ABŞ-da yaranıb, mənası MÜƏLLİM deməkdir.... Azərbaycanda- SSRİ -də professor ELMİ AD kimi qəbul edilib......İndi HƏR ŞEY ......Hər kəsin zövqü və münasibəti var.... BƏZƏMƏLƏR VAR...ARİF Babayev də ustad sənətkardır...yazıblar ...ALLAH rəhmət eləsin......Filankəs DÜNYA ŞÖHRƏTLİDİR..... Ad çəkmirəm elə rərdə adı çəkilən Alim Qasımov oda yaxçı muğam ifaçısıdir... Onu dünya adlandıranlar desin Azərbaycandan kənarda bir olkədə müxtəlif sənət sahibləri arasında 10 000 nəfərdən sorğu aparın Alimi tanıyan olmayacaq.... Amma Müslüm Maqamayevi tanıyan olacaq.......Hamınıza və bütün rəy yazanlara .....Hörmətlə

  • İsco kərim

    Mən bir vətəndaş kimi heç vaxt Arifi muğam professoru kimi qəbul etmirəm,mən Şamaxılıyam ola bilər kimsə bu statusu yerli baz deyib,Alim Qasımovu nəzərdə tuta bilər, amma bu belə deyil muğamın professoru mənə görə Əlibaba Məmmədovdur.

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar