Ru
19:12 / 01 May 2026

Arif Babayevin qəbri üstündəki yazıya irad: “Şərqdə ilk muğam professoru”?

Arif Babayevin qəbri üstündəki yazıya irad: “Şərqdə ilk muğam professoru”?
Eye

Mərhum xalq artisti Arif babayevin qəbirüstü abidəsi üzərində yazılan sözləri müzakirələrə səbəb olub.

Bakupost.az xəbər verir ki, bu barədə jurnalist Kərim Kərimli iradlarını bildirib.

“Büstün altındakı lövhədə belə bir yazı verilib:

"Şərqdə ilk muğam professoru
Görkəmli xanəndə
Xalq artisti
BABAYEV ARİF İMRAN OĞLU".

Bu 12 sözdən ibarət ifadəni oxuyanda müəyyən suallar yaranır. Həmcins üzvlərdən sonra niyə vergül işarəsi qoyulmadığını soruşmuram, deyərlər ki, vergülə ilişirsən, amma "Görkəmli" sözü niyə böyük hərflə yazılıb, buna mütləq cavab verilməlidir. Bəlkə bu da "Xalq artisti" kimi rəsmi fəxri addır, biz bilmirik?

Bir də "Şərqdə ilk muğam professoru" sözləri...

Görəsən Qərbdə, Cənubda və Şimalda, ümumiyyətlə, dünyanın başqa ölkələrində Arif Babayevdən qabaq muğam üzrə professor olub?
Yaxud, ümumiyyətlə, Qərbdə muğam üzrə professor varmı?

Məsələn, dahi bəstəkar Üzeyir bəy Hacıbəyli haqqında danışanda (yazanda) deyirlər ki, o, Şərqdə ilk operanın müəllifidir. Yaxud onun "Leyli və Məcnun" operası müsəlman Şərqində meydana çıxan ilk opera sənəti nümunəsidir.

Çünki Üzeyir bəyin "Leyli və Məcnun"una qədər dünyada ən azı "Knyaz İqor" var idi. Hələ dünya opera sənətinin XX əsrin əvvəllərinə qədər dünya şöhrəti qazanmış incilərindən danışmıram.

Bəs Arif Babayevin muğam professoru olmasına qədər Şərqdən kənarda (Qərbdə, Cənubda və Şimalda) hansısa muğam professoru olubmu ki, Arif Babayev də Şərqdə birinci olub?

Məni qınamayın, bilmədiyimə görə soruşuram və bunun baş daşına yazılmasının əhəmiyyətini bilmək istəyirəm”, - o bildirib.

Asena,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar