Ru
23:58 / 11 Noyabr 2026

Bakıda məşhur iş adamı avtomobilin altında qaldı, komaya düşdü

Bakıda məşhur iş adamı avtomobilin altında qaldı,  komaya düşdü
Eye

Bakıda ağır qəza zamanı xəsarət alan şəxs iş adamı imiş.

"Bakupost" Oxu.az-a istinadla xəbər verir ki, noyabrın 4-də paytaxtın Binəqədi rayonu, Cəfər Xəndan küçəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxs iş adamı Şənlik Şükürov olub. O, avtomobilin altında qalaraq ağır xəsarətlər alıb və komaya düşüb.

Bildirilir ki, Şənlik Şükürov hadisə zamanı atasını ziyarət etmək üçün yaxınlıqdakı xəstəxanaya gedibmiş. Qardaşı ilə birlikdə xəstəxanadan çıxarkən iş adamı bədbəxt hadisə ilə üzləşib. Yol ayrıcında BMW və "Hyundai" markalı avtomobillər toqquşub. Zərbənin təsirindən BMW yoldan çıxaraq səkiyə qalxıb və yaxınlıqdakı klinikaya çırpılaraq iş adamının üzərinə aşıb. Hadisə zamanı klinikanın şüşələri də sınıb. Sərfəli qiymətə məhsullar

Altı gün komada qalan iş adamı ötən gün ayılıb.

Qeyd edək ki, Şənlik Şükürov Sumqayıtda 10-dan çox restoranın sahibidir.

Ş.Şükürov Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun yaxın adamı kimi tanınır.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar