Ru
21:55 / 11 Noyabr 2026

Ukrayna Omskdakı neft emalı zavoduna PUA-larla zərbə endirdi

Ukrayna Omskdakı neft emalı zavoduna PUA-larla zərbə endirdi
Eye

Ukrayna pilotsuz uçuş aparatı (PUA) ilə Rusiyanın Omsk şəhərindəki ən böyük neft emalı zavodlarından (NEZ) birinə hücum edib.


"Bakupost" Report-a istinadən xəbər verir ki, Omsk vilayətinə hücumla bağlı məlumatı qubernator Vitali Xotsenko təsdiqləyib.

"Ukrayna Silahlı Qüvvələri noyabrın 11-də günün ikinci yarısında Omsk vilayətinə pilotsuz uçuş aparatları ilə hücum edib", - o, təfərrüatları açıqlamadan bildirib.

Qubernatorun mətbuat katibi Mina Axverdiyevanın sözlərinə görə, Omsk şəhər aeroportunda təyyarələrin qəbulu və yola salınması dayandırılıb, həmçinin şəhərdə sirenalar işə salınıb, mobil rabitə və mobil internet məhdudlaşdırılıb.

Ukraynanın "Exilenova+" monitorinq kanalının məlumatına görə, Ukrayna ordusunun zərbəsinin hədəfi Rusiyanın ən böyük neft emalı müəssisəsi olan Omsk NEZ olub. İllik gücü 22 milyon ton olan müəssisə "Qazprom neft"ə məxsusdur və Ukrayna sərhədindən 2,5 min km aralıda yerləşir.

Qeyd olunub ki, NEZ-də partlayışlar iki saatdan çox davam edib, zavodda irimiqyaslı yanğın başlayıb.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar