Bakıda yağan güclü yağış şəhər infrastrukturunda növbəti problemlərə səbəb olub.
"Bakupost" Bizim.Media-ya istinadla xəbər verir ki, “Nizami” metrostansiyasının ətrafında yağış sularının kanalizasiya sistemi tərəfindən lazımi qaydada ötürülməməsi nəticəsində küçələri su basıb.
Yollarda suyun toplanması piyadaların və sürücülərin hərəkətində çətinlik yaradıb.