Ru
18:50 / 11 Noyabr 2026

Ermənistan KTMT-də bu hüququndan məhrum edildi

Ermənistan KTMT-də bu hüququndan məhrum edildi
Eye

Ermənistan KTMT-nin bütün orqanlarında səsvermə hüququndan məhrum edilib.

"Bakupost" xəbər verir ki, bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Moskvada keçirilən KTMT sammitinin iştirakçıları Ermənistanı təşkilatdakı səsvermə hüququndan məhrum etmək qərarına gəliblər.

Ermənistan KTMT-də yüksək vəzifələrə öz nümayəndələrini təyin etmək hüququndan da məhrum olunub.

Qeyd edək ki, Ermənistan 2024-cü ildə KTMT-də iştirakını dondurduğunu elan edib və üzvlük haqlarının ödənilməsini dayandırıb. Eyni zamanda, təşkilatın nizamnaməsində üzvlüyün dondurulması proseduru nəzərdə tutulmur, buna görə rəsmi olaraq Ermənistan Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistanla birlikdə KTMT-nin üzvü olaraq qalır.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar