Ru
17:03 / 11 Noyabr 2026

Leyen Bolqarıstanda yumurta atəşinə tutuldu - VİDEO

Eye

Bolqarıstanda səfərdə olan Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenə qarşı Varna şəhərində etiraz aksiyası keçirilib.

“Bakupost” xarici KİV-ə istinadən xəbər verir ki, piket “Diriliş” Partiyasının nümayəndələri tərəfindən "Varna müharibə yox, sülh istəyir!" şüarı altında təşkil edilib.

İştirakçılar Avropa Komissiyasının prezidentini "Ursula, burada sizi istəmirlər” qışqırıqları ilə qarşılayaraq, ondan şəhəri tərk etməsini tələb ediblər.

Bolqarıstanda Teleqraf Agentliyinin (BTA) məlumatına görə, Avropa Komissiyası prezidentinin korteji Nikolay Vaptsarov adına Ali Dənizçilik Məktəbinə çatdığı zaman etirazçılar ona meyvə, tərəvəz və yumurta atıblar.

Rüfət Sultan,
BakuPost

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar