Ru
15:56 / 11 Noyabr 2026

Dünyada ən çox kitab oxuyan ölkələr: Azərbaycan neçənci yerdədir?

Dünyada ən çox kitab oxuyan ölkələr: Azərbaycan neçənci yerdədir?
Eye

“World Population Review” və “CEOWORLD Magazine” kimi beynəlxalq qurumların qlobal sorğularına əsasən, adambaşına illik oxunan kitab sayı və mütaliə saatı üzrə dünyanın lider ölkəsi ABŞ-dir.

"Bakupost" xəbər verir ki, dünyada ən çox kitab oxuyan ölkələr: Azərbaycan neçənci yerdədir?
u ölkədə bir nəfər ildə orta hesabla 17 kitab oxuyur. İllik mütaliə saatı isə ortalama 357 saatdır.

İkinci yeri isə Hindistan tutur. Burada bir insan ildə 16 kitab oxuyur. İllik mütaliə saatı 352 saata bərabərdir.

Böyük Britaniyada isə bir nəfər üçün göstərici 15 kitab və 343 mütaliə saatından ibarətdir.

Sonrakı yerlərdə isə Fransa(14 kitab və 305 saat), İtaliya(13 kitab, 278 saat), Rusiya(11 kitab, 223 saat), Avstraliya(10 kitab, 217 saat), İspaniya(9 kitab, 187 saat) və Niderland(8 kitab, 187 saat) gəlir.

Şimal ölkələrində kitab almaq mədəniyyəti daha yüksəkdir. Məsələn, İslandiyada hər bir sakin ildə orta hesabla 6–7 kitab alır.
Ən az kitab oxuyan ölkələrə gəldikdə, qlobal reytinqin son pillələrində Əfqanıstan (ildə 2,56 kitab), Bruney (2,59 kitab) və Pakistan (2,60 kitab) qərarlaşıb.

Azərbaycanda isə bu göstərici adambaşına ildə orta hesabla 3,25 kitab və 74 mütaliə saatı təşkil edir.

Bu göstəriciyə görə, Azərbaycan beynəlxalq reytinqlərdə orta sıralardan aşağıda, 102 ölkə arasında 82–86-cı pillələrdə qərarlaşıb. Qonşularımızdan Türkiyə sakinləri ildə orta hesabla 6 kitab (130 saat), Gürcüstan sakinləri isə 4,3 kitab (96 saat) oxuyur.
Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, ölkədə fəaliyyət göstərən 2914 kütləvi kitabxananın ümumi fondu 27,7 milyon nüsxə təşkil edir. İctimai kitabxanalardan istifadə edən rəsmi oxucuların sayı 2023-cü ildəki 2,46 milyon nəfərdən 2024-cü ildə 2,66 milyon nəfərə yüksəlib.

Qeyd edək ki, beynəlxalq araşdırmalar mütaliə səviyyəsini həm illik kitab sayı, həm də oxumağa sərf olunan saatlar üzrə ölçür.

Rüfət Sultan,
BakuPost

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar