Ru
14:46 / 11 Noyabr 2026

Xocavənddə traktor tank əleyhinə minaya düşdü

Xocavənddə traktor tank əleyhinə minaya düşdü
Eye

İşgaldan azad edilmiş Xocavənd rayonunun Qırmızıbazar kəndi yaxınlığında 11 noyabr tarixində mina hadisəsi baș verib.


"Bakupost" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri məlumat yayıb.

Məlumata görə, 1984-cü il təvəllüdlü Bərdə rayon sakini İsgəndər Adil oğlu İsmayılov idarə etdiyi traktorla tank əleyhinə minaya düşüb. Hadisə nəticəsində İsmayılov İsgəndər müxtəlif bədən xəsarətləri alıb.

Faktla bağlı Xocavənd rayon prokurorluğunda araşdırma aparılır.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar