Ukraynanın Rusiyadakı məlumat mərkəzlərinə hücumlarından sonra Moskva bu obyektlərin bir hissəsini yerın altına köçürməyi planlaşdırır.
“Bakupost” xəbər verir ki, Rusiyanın “Rostelecom” şirkəti bunun üçün istifadəsiz kömür mədənlərindən yararlanmağı nəzərdən keçirir.
Bundan başqa, Vladimir Putin məlumat mərkəzlərinin hesablama gücünün 10 faizinin dövlət ehtiyacları üçün ayrılmasını tələb edən sərəncam imzalayıb.
Hücumlar nəticəsində Rusiyada bank, ödəniş, elektron ticarət və digər rəqəmsal xidmətlərdə fasilələr yaranıb.
Vüsalə Hüseynova,
BakuPost