Ermənistanla sərhədi keçərək həbs edilən azərbaycanlı hərbçi Nəsimi Musayev keçmiş prezident Robert Köçəryanla qonşu kamerada saxlanılır.
"Bakupost" Axar.az-a istinadla xəbər verir ki, bunu Ermənistan müxalifət fraksiyasının rəhbəri Anna Qriqoryan deyib.
“Təsəvvür edirsinizmi, erməni qadınına atəş açaraq onu yaralayan azərbaycanlı hərbçi əla şəraitdə saxlanılır, “artsax”ın birinci prezidenti və Ermənistanın ikinci prezidenti isə qonşu kamerada dözülməz şəraitdə tutulur. Bu, hazırkı hakimiyyətin dəyərlər sistemini ən yaxşı şəkildə nümayiş etdirir”, - o bildirib.